Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanada hökumətində korrupsiya qalmaqalı: Daha bir nazir istefa verdi

Kanadada hakimiyyətdaxili çəkişmələr ən yüksək həddə çatıb

Castin Trüdo hökumətinin üzləşdiyi korrupsiya qalmaqalı fonunda Nazirlər Kabentinin daha bir üzvü - xəzinə şurasının sədri Ceyn Filipott istefa verib.

Bu barədə “Fox News” məlumat yayıb.

Qalmaqala əsasən, Trüdo hökuməti “SNC-Lavalin” tikinti şirkətində baş verən korrupsiya hallarının ört-basdır edilməsi üçün ölkənin ədliyyə orqanlarına təzyiq göstərib.

Xəzinə şurasının sədri Ceyn Filippot

Belə ki, ötən ay istefa vermiş baş prokuror Cudi Uilson-Reybould keçən həftə verdiyi ifadədə, şəxsən baş nazir Trüdo və onun hökumətindən olan bir neçə məmurun adı korrupsiyada hallanan tikinti şirkətinə qarşı cinayət işini açmamağı tələb edib.

“The Guardian” nəşrinin məlumatına görə, Kanadada doqquz min, dünya üzrə isə 52 mindən çox işçisi olan şirkətə qarşı istintaqın başlanılmaması üçün ona hətta təhdidlər edilib.

Dünən istefa vermiş Xəzinə Şurasının sədri Ceyn Filippot isə böyüyən qalmaqal fonunda Nazirlər Kabinetinin tərkibində qala bilməyəcəyini və artıq hökuməti müdafiə etmək niyyətində olmadığını dilə gətirib.

“Olduqca zəruri işlər görmək üçün tutduğum vəzifədən ayrılmağım məni çox üzür. Lakin mənə görə təməl dəyərlər, etik məsuliyyət və konstitusiya qarşısında öhdəliklər hər şeyin fövqündədir. Prinsiplərdən uzaqlaşmağın ağır bədəli var... Hökumətin bu məsələni obyektiv şəkildə araşdırıb, bu işlə bağlı bütün problemləri çözəcəyinə inamım qalmayıb”, - deyə istefa vermiş kabinet üzvü bildirib.

Qeyd edək ki, Kanadada Xəzinə Şurasının sədri ölkənin Nazirlər Kabinetinin ən vacib postlarından sayılır.

Bundan əvvəl Trüdo hökumətinin kargüzarlıq şöbəsinin rəhbəri Cerald Batts “SNC-Lavalin Group” ətrafında yaranan qalmaqala görə istefa vermişdi. Onun artıq bu gün Ümumilər Palatasının ədliyyə komitəsində məsələ ilə bağlı ifadə verəcəyi gözlənilir.

Keçmiş baş prokuror Cudi Uilson Reybold

“RFİ English” nəşrinə görə, qalmaqala səbəb olan “SNC-Lavalin” şirkət (Qəddafi hakimiyyəti dövründə - red.) 2001-2011-ci illərdə Liviyada dövlət inşaat müqavilələri və podratlarını qazanmaq üçün ölkənin yerli məmurlarına rüşvət verməkdə ittiham olunurdu.

DW-nin yazdığına görə, “SNC-Lavalin” Müəmmər Qəddafinin ailəsinə ümumilikdə 48 milyon Kanada dolları (31 milyon avro) məbləğində rüşvət verib. 2015-ci ildə bununla bağlı Kanadada cinayət işi açılıb.

2018-ci ilin dekabr ayında keçmiş baş prokuror Uilson-Reybold kanadalı ali rəsmilərin onun Qvebekdə mərkəzləşmiş tikinti şirkətinə qarşı başlanılan istintaqın dayandırılması üçün müvafiq tədbirlər görməsini tələb etdiklərini açıqlayıb.

Sonuncu bundan imtina edib və cinayət işinə xitam verilməyib. Nəticədə, yanvar ayında keçmiş baş prokurorun səbəbsiz olaraq vəzifəsi aşağı salınmışdı. Belə ki, yanvar ayında Trüdo onu veteran məsələləri üzrə nazir təyin edib. Uilson-Reybold bu “töhmət”in Trüdo hökumətinin göstərişini yerinə yetirməməsinin bədəli olduğunu hesab edir.

Uilson Reybold (soldan) və Castin Trüdo (sağdan)

Filippotun istefasından sonra Uilson Reybold onun bu addımını alqışlayıb:

“Dörd il ərzində bizim ölkə sizin Kanada xalqına qarşı sarsılmaz sədaqətinizin şahidi olub”, - deyə keçmiş baş prokuror yazıb.

Öz növbəsində kanadalı baş nazir Castin Trüdo hökumətə qarşı səslənən ittihamları qəti şəkildə rədd edir. Bu yaxınlarda KİV-ə verdiyi açıqlamada istefa ilə bağlı səslənən şüarları şərh etməkdən yayınaraq, xalqın oktyabr ayında keçiriləcək seçkilərdə öz seçimini edəcəyini açıqlayıb. Trüdo keçmiş baş prokurorun dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib.

“Reuters”in yazdığına görə, dövlətin xərclərinə cavabdeh olan Kanada Xəzinə Şurası sədrinin istefası oktyabr seçkiləri ərəfəsində Trüdo hökumətinin təməllərini silkələyəcək. İctimai rəy sorğularının nəticələri Trüdonun qalib gəlmə şanslarının həddindən artıq aşağı olduğunu göstərir.

pia.az


Etiket: Kanada korrupsiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar