Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əliyev Avropa Şurasının nümayəndə heyətini qəbul edib

Oktyabrın 27-də Baş Prokuror Kamran Əliyev Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş Prokurorluöun mətbuat xidmətindən verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş Prokuror Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirib.
Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarələrinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sahədə Avropa Şurasının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.

Ölkəmizlə bağlı xoş təəssuratlarından danışan Xristos Cakumopulos Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Direktoratlığının rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini bildirib.

X.Cakumopulos Avropa Şurası ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləmək niyyətini ifadə edərək ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri yüksək qiymətləndirib.

Görüş zamanı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının ölkəmizdə icra vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin, Avropa Şurasının Bakı Ofisinin rəhbəri – səfir Zoltan Hernyeş də iştirak edib.

 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar