Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əliyev Almaniyaya səfər edib

Yanvarın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya işgüzar səfəri başlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən PİA.az-a verilən məlumata görə, ilk olaraq ölkəmizin Berlindəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Baş prokuror Almaniya Ədliyyə Nazirliyinin dövlət katibi Angelika Şlunk ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və digər sahələrdə əlaqələrin inkişafının müsbət dinamikasından məmnunluq ifadə olunub.

Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə dövlət katibinə ətraflı məlumat verib.Həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyət və ekstradisiya məsələləri müzakirə edilib.

Görüşdə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak edib.

Fotolar


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar