Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamaləddin Qafarov Xutor və Rəsulzadə qəsəbələrində seçicilərlə görüşüb

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisi deputatlığına namizəd Kamaləddin Qafarovun seçkiqabağı təbliğat və təşviqat tədbirləri davam edir...

Yanvarın 19-da K.Qafarov öz seçki qərargahının bir qrup üzvü ilə Binəqədi rayonunun Xutor qəsəbəsində yaşayan Abdullayevlər ailəsinin qonağı olmuşdur. I qrup əlil Lətif Abdullayev ailə üzvlərinin güzəranı ilə maraqlandığı, onlara baş çəkməyə gəldiyi üçün Kamaləddin Qafarova öz minnətdarlıını bildirmişdir.

Çay süfrəsi arxasında səmimi söhbət zamanı Milli Məclis deputatlığına namizəd ötən müddət ərzində ölkəmizdə görülən işlər, qarşıda duran vəzifələrdən danışmış, ailənin qayğı və problemləri ilə tanış olmuşdur.

Güllüzar Abdullayeva ərinin və oğlu Emil Abdullayevin birinci qrup əlil olduğunu, dövlətin önların müalicəsi və sosial problemlərinin qarşılanması üçün lazım olan bütün tədbirləri gördüyünü və ailənin rifahının son dövrlərdə daha da artdığını bildirmiş, dövlətimizə qayğı və diqqətə görə minnətdarlığını bildirmişdir.

Kamaləddin Qafarov Abdullayevlər ailəsinin çətinliklərinin qarşılanmasının, əlillərin tədrici reablitasiyası üçün tədbirlərin görülməsinin dövlətimizin prioritet fəaliyyət istiqamətinin olduğunu vurğulamışdır.

K.Qafarov həmin gün M.Ə.Rəsulzadə qəsəbəsində, Arif Hüseynov adına küçədə yaşayan I qrup əlil Zinaida Unayeva və ailəsi ilə də görüşmüşdür. Zinaidanın anası Füruzə xanım Kamaləddin müəllimi səmimi qarşılamış, onu evlərində görməkdən məmnun olduğunu bildirmişdir. K.Qafarov serebral iflic səbəbli ayaq hərəkətlərində problemlər olan Zinaida ilə ətraflı söhbət etmiş, onun hökmən sağalıb ayağa qalxaraq əmək qabiliyyətli insan olacağına inam ifadə etmişdir. Kamaləddin müəllim bunun üçün əlindən gələcəyini əsirgəməyəcəyini, hətta sağaldıqdan sonra onun işlə təmin olunacağına dair söz vermişdir.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar