Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamaləddin Qafarov Milli Qəhrəmanın doğmaları ilə görüşdü - Fotolar

9 saylı Binəqədi ikinci seçki dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun qardaşları Azad və Sahiblə görüşüb...

K.Qafarov Vətənin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 109 soydaşımızın Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək və şərəfli ada layiq görüldüyünü deyib:

“Onlardan biri də Binəqədinin yetirməsi olan Fərhad Hümbətovdur. Fərhad 1992-ci il martın 29-da Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas etsə də, özü qəhrəmancasına həlak olmuşdu. Fərhad və onun kimi qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Onlar millətimizin qürur mənbəyi, əbədiyyət simvoludur”.

Azad və Sahib Hümbətovlar qardaşlarının xatirəsinə yüksək dəyər verdiyinə, onlarla səmimi görüşə, yüksək diqqət və qayğıya görə Kamaləddin Qafarova minnətdarlıqlarını bildiriblər. Onlar qeyd edib ki, qədirbilən xalqımız Milli Qəhrəmanımızın xatirəsini daim uca tutur. Rayonumuzda onun adını daşıyan mədəniyyət və istirahət parkında qəhrəmanın əzəmətli büstü qoyulub.

Kamaləddin Qafarov Azad və Sahib Hümbətovlar qardaşları ilə ətraflı fikir mübadiləsi edib, onların problem və qayğıları ilə maraqlanıb, bir sıra məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyini bildirib.

 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Ən çox oxunanalar