Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamaləddin Qafarov: “Böyük Qayıdış” reallığa çevrilən ən böyük arzumuzdur!”

“…2016-cı ildə, Aprel döyüşlərindən sonra, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində geniş miqyaslı quruculuq işləri  başlayarkən, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarının birində bildirdi ki, bu hadisə Qarabağa “Böyük Qayıdış”ın başlanğıcıdır. Tarix qısa bir zamanda Prezidentimizin bu bəyanatının, bu proqramının reallığını artıqlaması ilə təsdiq etdi”.

Bu sözləri yap.org.az saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. 

K.Qafarov bildirmişdir ki, “Böyük Qayıdış” proqramının intensiv şəkildə həyata keçirilməsi Qarabağ torpaqlarını yenidən canlandıracaq, insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Tezliklə işğaldan azad edilən ərazilərdə geniş miqyasda iqtisadi, sosial layihələr və aktiv məşğulluq proqramları icra olunacaq,  kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılması ilə insanların məşğulluğu təmin ediləcək. İqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün sözügedən sahələrə dövlətimiz tərəfindən böyük həcmdə maliyyə resursları cəlb olunacaqdır. Şübhəsiz, Dağlıq Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və inkişafı növbəti onilliklərdə Azərbaycan iqtisadiyyatına böyük dividentlər verəcəkdir. Azərbaycan Prezidenti artıq bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyaraq demişdir: "Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Zəngin təbii ehtiyatlara malik Qarabağ və ətraf rayonların iqtisadiyyatının bərpası və yenidən qurulması qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsinə, iş yerlərinin yaradılmasına, ixrac potensialımızın artırılmasına, ölkə iqtisadiyyatının böyüməsinə əhəmiyyətli şəkildə təkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdir ki, “... Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı...”

Millət vəkili qeyd etmişdir ki, Prezidentimizin  də xüsusi olaraq vurğuladığı kimi,  ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmişlər. Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər.Amma buna baxmayaraq, heç kim buna inanmırdı. Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir.

“Böyük Qayıdış” konsepsiyasının reallaşdırılması üçün Azərbaycanın kifayət qədər iqtisadi qüdrəti və maliyyə resursları vardır. Təkcə bu il Qarabağın ehtiyacları üçün 2 milyard manatdan artıq vəsait ayrılmışdır. Bu günlərdə ölkəmizin iqtisadi həyatında baş vermiş önəmli hadisə olan Azərbaycan-Türkmənistanın karbohidrogen ehtiyatlarından gələcəkdə birgə istifadə haqqında razılaşma, gələcəkdə daxili investisiyaların genişləndirilməsinə də xeyli təkan verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videoformatda keçirilən görüşdə Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının “Karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi” haqqında Anlaşma Memorandumunun imzalanması böyük əhəmiyyətə malikdir. Saziş Azərbaycan üçün tarixi və iqtisadi-siyasi baxımdan mühüm önəm daşıyır. Bu sənədi 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşan "Əsrin müqaviləsi"nin məntiqi davamı kimi də qiymətləndirmək olar.

 K.Qafarov sonda bildirmişdir ki, Şuşaya xüsusi nümayəndə təyin edərkən Prezidentimizin söylədiyi sözlər Azərbaycanın gələcəyi üçün çox böyük inam və qürur hissi doğurur: “Bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi və bir daha göstərdi ki, nəyi demişəmsə, onu da etmişəm. Təsadüfən demirdim ki, mən bilirəm nəyi, necə, nə vaxt etmək lazımdır. Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki, hər şey yaxşı olacaq. İstədiyimizə nail olacağıq, sadəcə olaraq, hər şeyin vaxtı var”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar