Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadr islahatları: 2020-ci ildə Azərbaycanda korrupsiya və qohumbazlıq azalacaq?

Prezidentin yeni təyin olunan kadrları qəbul edərək onlara tapşırıqlar verməsi, xüsusi olaraq onlardan korrupsiyaya qarşı amansız mübarizə aparmalarını tələb etməsi 2020-ci Azərbaycanda korrupsiyanın və qohumbazlığın azalması ilə müşahidə olunacaq?..

Politoloq: “Azərbaycanda siyasi hakimiyyətdə olan dəyişiklikləri hələlik islahat adlandırmağa tələsməzdim. Çünki islahat tamamilə böyük bir mahiyyət kəsb edir”.

“Mən ölkədə korrupsiyanın probleminin yaxın zamanlarda həll olunacağına inanmıram və bu mümkün də deyil. Bir daha qeyd edim ki, bunun üçün həm siyasi, həm də iqtisadi sistemdə dərin islahatlar aparılmalı və həyatımızda bir çox şeylər dəyişməlidir.”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycanda aparılan ciddi kadr dəyişikliklərini və korrupsiya faktının ortadan qaldırılması ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Məlumdur ki, son həftələrdə ölkədə kadr islahatları həyata keçirildi. Bu islahatların olacağını Prezident əvvəlcədən anons etmişdi. Edilən kadr dəyişikliklərinin bəziləri gözlənilməz oldu.

Ölkə prezidentinin etdiyi son dəyişiklər kadr islahatlarında daha yuxarı idarəetmə strukturlarını əhatə etdiyi üçün daha çox diqqəti cəlb etdi. Qısa müddətdə Baş nazirin dəyişməsi, Baş nazirin müavinlərinin işdən azad edilməsi və yeni Baş nazirin müavini vəzifəsinə təyinatın olması, Vergilər Nazirliyinin ləğv edilib İqtisadiyyat Nazirliyində birləşdirilməsi kadr islahatlarının daha da dərinləşməsi kimi qiymətləndirilir.

Bəs aparılan köklü kadr islahatları, xüsusəndə Prezident Adminstrasiyasına gənc kadrın təyin olunması və Mikayıl Cabbarov başda olmaq yeni təyin olunan kadrların üzərinə qoyulan məsuliyyət ölkədəki korrupsiya faktoruna və qohumbazlığa necə təsir edəcək? Prezidentin yeni təyin olunan kadrları qəbul edərək onlara tapşırıqlar verməsi, xüsusi olaraq onlardan korrupsiyaya qarşı amansız mübarizə aparmalarını tələb etməsi 2020-ci Azərbaycanda korrupsiyanın və qohumbazlığın azalması ilə müşahidə olunacaq?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, pilitoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu cür epizodik dəyişikliklərlə və yaxud da hansısa nazir və icra başçılarına verilən göstərişlərlə korrupsiya sistemini ləğv etmək mümkün deyil”.

Hakimiyyətin bütün məsələlərə yanaşma tərzinin fundamental olaraq dəyişməli olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, mövcud sistemin təməlində hər şeyin kökündə korrupsiya olduğu üçün bütün strukturlar məhz korrupsiya yapışqanı ilə bir-birinə müəyyən mənada bağlıdır. Buna görə də islahatlar daha da dərinləşməli və komleks şəkildə həyatımızın bütün sahələrini əhatə etməlidir:

Azərbaycanda siyasi hakimiyyətdə olan dəyişiklikləri hələlik islahat adlandırmağa tələsməzdim. Çünki islahat tamamilə böyük bir mahiyyət kəsb edir. Həmçinin islahat bütün sistemlər üzrə fundemantal olaraq sistem dəyişikliyi olduğu təqdirdə islahat sayıla bilir. Buna görə də mən görülən işləri kadr dəyişikliyi kimi qiymətləndirirəm.

Hər bir dəyişiklik əsasən nəticəyə hesablanır. Ortada ciddi bir nəticə olmadıqca bunu bəribaşdan islahat deyə adlandırmaq doğru olmazdı. Düşünürəm ki, bu dəyişikliklər sistematik və davamlı olduğu təqdirdə, xüsusilə də konkret hədəflərə hesablanmış və müsbət nəticə verdiyi təqdirdə bu məsələlərin adını qoymaq olar. Hesab edirəm ki, bəri başdan konkret nəticələrdən danışmaq doğru və uyğun olmazdı.

Bu dəyişikliklərin korrupsiyaya necə təsir edəcəyi məsələsinə gəlincə isə onu deyə bilərəm ki, korrupsiya Azərbaycandakı siyasi-iqtisadi sistemin kleyidir. İndiki şəraitdə isə düşünmürəm ki, bu cür epizotik kadr dəyişiklikləri ilə korrupsiya sistemini tamamilə aradan qaldırmaq mümkün olsun. Bunun üçün idarəetmə sistemində tamamilə fundamental dəyişikliklər olmalıdır. Buna görə də islahatlar daha da dərinləşməli və komleks şəkildə həyatımızın bütün sahələrini əhatə etməlidir

Natiq Miri: “Kadrların yerləşdirilməsində tamamilə yeni meyarlar ortalığa qoyulmadan yenə də köhnə idarəetmə sistemi ilə korrupsiya sisteminin ləğv edilməsinə inanmaq doğru deyil".

Ayrıca hakimiyyətin bütün məsələlərə yanaşma tərzi fundamental olaraq dəyişməlidir. Amma mövcud rejimin təməlində hər şeyin kökündə korrupsiya olduğu üçün bütün strukturlar məhz korrupsiya yapışqanı ilə bir-birinə müəyyən mənada bağlıdır. Buna görə də bu cür epizodik dəyişikliklərlə və yaxud da hansısa nazir və icra başçılarına verilən göstərişlərlə korrupsiya sistemini ləğv etmək mümkün deyil.

Ola bilər ki, hansısa epizodik hadisələr baş versin. Amma bunun bütövlükdə korrupsiya sisteminin ləğvinə gətirəcəyini düşünmək doğru deyil. Bunun üçün mütləq mənada həm siyasi, həm də iqtisadi sistem dəyişməlidir. Həmçinin kadrların yerləşdirilməsində tamamilə yeni meyarlar ortalığa qoyulmadan yenə də köhnə idarəetmə sistemi ilə korrupsiya sisteminin ləğv edilməsinə inanmaq doğru deyil.

Mən ölkədə korrupsiyanın probleminin yaxın zamanlarda həll olunacağına inanmıram və bu mümkün də deyil. Bir daha qeyd edim ki, bunun üçün həm siyasi, həm də iqtisadi sistemdə dərin islahatlar aparılmalı və həyatımızda bir çox şeylər dəyişməlidir. Ayrıca bunun üçün qanunvericilikdə də müəyyən dəyişikliklər olmalıdır. Və biz bunu da gözləyirik”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar