Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Kadırov istefa verməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirib

Rusiya Federasiyasının Çeçenistan Respublikasının dövlət başçısı Ramzan Kadırov onun başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini, karyerasına öz Respublikasında yekun vuracağını bildirib...

RİA Novosti-nin verdiyi xəbərə görə, o, bunu Rusiya Prezidentinin səlahiyyətli təmsilçisi təyin edilməsi ilə bağlı bəzi Rusiya KİV-lərində yayılan məlumata cavab olaraq deyib.

R. Kadırov daha sonra əlavə edib ki, hər hansı bir məmur bir-iki gün efirdə görünmədikdə onun haqqında şayiələr yaranır.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun "müvəqqəti əmək qabiliyyətini itirdiyi" təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı Sərəncam dərc olunub. Çeçenistan dövlət başçısının mətbuat katibi Alvi Kərimov isə Kadırovun müalicə kursu keçdiyini və məzuniyyətdə olduğu və ya müvəqqəti əmək qabiliyyətini itirdiyi təqdirdə səlahiyyətlərinin region hökumətinin sədrinə keçməsinin adi qayda olduğunu vurğulayıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar