Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kadırov dağıstanlıları hədələdi – “Dilinizi qopararıq…”

Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu Dağıstan əhalisinə ziddiyyətli müraciət ünvanlayıb

 “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Kadırov son günlər Dağıstanla Çeçenistan sərhədində baş verən insidentlə bağlı özünün sosial şəbəkədəki səhifəsində açıqlama paylaşıb.

Xatırladaq ki, Dağıstanın Kizlyar rayonundakı meşə ərazisində həmin yerin Çeçenistanın Şelkov rayonuna aid olduğuna dair nişan quraşdırılıb. Yerli əhali bununla bağlı etiraz aksiyası keçirərək, həmin nişanı söküblər. Dağıstanlılar bunu Çeçenistanın ərazi işğalı cəhdi kimi qiymətləndiriblər. Bununla yanaşı, sosial şəbəkələrdə hər iki tərəf bir-birinin ünvanına kütləvi şəkildə təhqirlər yağdırmağa başlayıblar.
İnsidentlə bağlı öncə Çeçenistan patrlamentinin sədri Maqomed Daudov kəskin bəyanatla çıxış edib.

Buna cavab olaraq, Dağıstan Respublikasının başçısı Vladimir Vasilev açıqlama verib və bildirib ki, bəzi dağıstanlılar baş verənləri respublika ərazisinə qəsd kimi başa düşüblər: “Lakin belə bir şey yoxdur və ola da bilməz…”

Əvvəlcə Dağıstan xalqını provakasiyalara uymamağa çağıran və V.Vasilyevə öz mövqeyinə görə təşəkkür edən Ramzan Kadırov isə ardınca çeçenləri təhqir edən dağıstanlıları əməlli-başlı hədələyib: “Əgər mənim qanımı, nəslimi, xalqımı təhqir edirsinizsə, bunlar mənim üçün ən vacib olanlardır. Dilinizə, barmağınıza diqqət edin, yoxsa barmaqlarınızı sındırarıq, dilinizi qopararıq. Bir dənə də provakasiya xarakterli şərh qoymarıq. Siz məni yaxşı tanıyırsınız…”

Çeçenistan rəhbəri əlavə edib ki, nəyin bahasına olursa olsun respublika ərazilərini qoruyacaq. Bununla yanaşı Kadırov deyib ki, heç kimlə düşmənçilik və müharibə etmək istəmirlər və çeçenlər sadəcə, öz sərhədlərini qoruyurlar.

Qeyd edək ki, regional coğrafiya təşkilatının sədri Zurab Hacıyev mübahisəli ərazinin əslində Çeçenistana aid olduğunu bildirib. Və deyib ki, sadəcə olaraq, indiyə qədər həmin ərazidə yaşayan dağıstanlılar buranın Çeçenistan Respublikasının inzibati ərazisinə daxil olduğundan xəbərsizdirlər.
Xatırladaq ki, bundan öncə Çeçenistanın digər qonşusu İnquşetiya ilə də ərazi problemləri olub. Hətta bununla bağlı İnquşetiya paytaxtında etiraz aksiyaları da keçirilib.

AzPolitika.info


Etiket: Ramzan Kadırov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar