Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlərin binasında külli-miqdarda yeyinti aşkarlandı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda əvvəlki rəhbərliyin fəaliyyətini araşdırmaq üçün bir müddətdir audit yoxlamalarına başlanılıb...

PİA.az xəbər verir ki, yoxlamalar zamanı küllü miqdarda vəsaitin mənimsənıldiyi aşkarlanıb. Əsas vəsait jurnalistlər üçün tikilən binanın inşası zamanı mənimsənilib. Artıq binanın inşası prosesində iştirak edən hər kəs dindirlib. Məlum olub ki, tikinti zamanı istifadə olunan materiallar sənədlərdə göstərilənlərlə uyğun deyil. Sənədlərdə hər şey çox baha, yüksək keyfiyyətli materiallar kimi göstərilib. Reallıqda isə ən ucuz, keyfiyyətsiz məhsullardan istifadə olunub. Dindirilən bütün aidiyyatı şəxslər də bu faktları təsdiq ediblər. Bildiriblər ki, onlara rəhbərlikdən tapşırıq gəlib.

Hətta binanın tikintisində istifadə olunan materialları almaq üçün KİVDF-nin əvvəlki direktoru Vüqar Səfərli özü Çinə səfər edib.

Yoxlamaların nəticələrinin yaxın günlərdə ölkə başçısına təqdim ediləcəyi gözlənilir.

Bütün bunlardan sonra tikintini həyata keçirən “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılacağı ehtimal olunur.

V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi. 4 aprel 2020-ci ildən isə bu vəzifəyə Əhməd İsmayılov təyin olunub.

pia.az


Etiket: KİV korrupsiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar