Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Jurnalistlər Zəngilanda yerləşən Oxçuçay və Əhəng Dağını ziyarət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işğaldan azad edilmiş Zəngilanda yerləşən Oxçuçay və Əhəng Dağını ziyarət edib.

APA-nın Zəngilana ezam olunan müxbiri məlumat verir ki, jurnalistlər əraziyə baxış keçirib, burada erməni vandalizminin şahidi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib ki, bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə Oxçuçayda nikkelin, dəmirin və mis-molibden normadan dəfələrlə artıq olması aşkarlanıb: "Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu əraisindən keçərək Araz çayına qovuşur. Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə bu çaylarda nikkelin miqdarı 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə iki dəfə normadan artıq aşkarlanıb".

O bildirib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: "Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusi ilə qiymətli növ olan farel balıqların kütləvi məhv olunması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresusları və ekosisteminə ciddi təhdid yaradır".

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Mehdiyev Ziya Məmmədovun qardaşını işdən çıxarıb? – Açıqlama

Ən çox oxunanalar