Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistlər İmişli Şəkər zavodunu ziyarət etdilər

Ölkənin aparıcı KİV nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan İmişli Şəkər Zavoduna media tur təşkil edilib...

Media turun keçirilməsində əsas məqsəd jurnalistlər vasitəsi ilə Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) fəaliyyətinin uğurla davam etməsi, bir müddət əvvəl ixtisarlarla bağlı yayımlanmış xəbərlərin əsassız olması, zavodun istehsal prosesi, eyni zamanda burada məhsulların yüksək gigiyenik şərtlərlə istehsal edilməsi barədə ictimaiyyəti məlumatlandırmaq olub.

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə inşasına başlanılan və 2006-cı ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istismara verilən müəssisə “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunması və məşğulluğunun artıtırlmasında müstəsna rol oynayır. İmişli Şəkər Zavodunun fəaliyyəti ilə ölkəmizdə geniş şəkər çuğunduru sahələri əkilir ki, nəticədə on minlərlə insan bu sahədən gəlir əldə edir.

Müəssisəni ziyarət edən jurnalistləri AŞİB-nin baş direktoru Mehran Məmmədov qarşılayaraq onlara müəssisənin fəaliyyətində heç bir problemin olmadığını, İmişli Şəkər Zavodunu fəaliyyətini davam etdirdiyini və yeni texnoloji avadanlıqlarla təmin edildiyini bildirib. İxtisarlarla bağlı sualı cavablandıran müəssisə rəhbəri bu məsələnin ümumiyyətlə əvvəldən gündəmdə olmadığını söyləyib. O, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan “Azərsun Holdinq”in sosialyönümlü şirkət olduğunu və insanların işlə təmin olunmasına xüsusi həssaslıqla yanaşdığını bildirib

Daha sonra İmişli Şəkər Zavodunun istehsalat növbə rəisi Xəyal Sərdarov media nümayəndələrinə müəssisə barədə ətraflı məlumat verib və onları istehsal prosesi ilə tanış edib. Qonaqlar əvvəlcə laboratoriyanı ziyarət edib və digər “Azərsun Holdinq” müəssisələrində olduğu kimi burada da keyfiyyətə nəzarət prosesinin yüksək səviyyədə təşkil olunduğuna şahid olublar. Onlara adıçəkilən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələdə çox tələbkar və güzəştsiz olduğu bildirilib. Jurnalistlərə Şəkər Zavodunda istehsal zamanı heç bir kimyəvi, süni və zərərli olan kənar qatqılardan istifadə edilmədiyini vurğulayan laboratoriya rəhbəri Qabil Həsənov məhsulunun ölkə ərazisində yetişdirilən şəkər çuğundurundan hazırlandığını bildirdi. Jurnalistlərin suallarını cavablandıran mütəxəssis, bəzən bazarda müxtəlif kimyəvi maddələrin əlavə edildiyi şəkər tozlarına da rast gəldiklərini qeyd etdi. Həmçinin media mənsublarına laboratoriyada gündəlik 1200-1400 analizin həyata keçirildiyi və İmişli Şəkər Zavodunda istehsal edilən şəkər tozunun 5 mərhələli filtrasiyadan keçdiyi bildirilib. Bu isə şəkərin yüksək keyfiyyətli olması üçün çox vacib faktordur.

Qeyd edək ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan zavodun illik istehsal həcmi 700 min tondur. Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısınn alınmasına mühüm töhfə verilir.

 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar