Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistin övladını it dişləməsi ilə bağlı təhqiqat araşdırmaları başlayıb

BŞBPİ- nin mətbuat xidməti məlumat verib

Bakıda övladı it hücumuna məruz qalan jurnalist Asif Nərimanlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinə dəvət olunub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Asif Nərimanlı polisə müraciəti ilə əlaqədar dəvət olunub, onun izahatı alınıb. 9-cu Polis Bölməsində təhqiqat araşdırmaları aparılır. Məsələ diqqətimizdədir”, - deyə, BŞBPİ sözçüsü əlavə edib.

Qeyd edək ki, dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında A.Nərimanlının azyaşlı övladı it hücumuna məruz qalıb. Sahibi yanında olan itin burundağı olmayıb. Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar