Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist Sevinc Osmanqızı ilə tarixçi alim Altay Göyüşov arasında söz dueli

Xanım jurnalist A.Göyüşova ““Qədeşbala” professor” dedi: “Günün neçə saatını müxalifətçi olub, sonra....”

Tarixçi alimdən sillə kimi cavab: “Mən səni hər zaman fırıldaq saymışam”
““Qədeşbala” professor Altay Göyüşöv məni bəyənmir, təəccüblənmirəm, amma “fırıldaq” dediyi nədir? Mən onun kimi gah Reala girib, gah çıxıb, gah yenə girib, yenə çıxmıram. Çörək kəsdiyim dostlarımı (Azər.. İlqar...Erkin...) bir-bir satmıram. Burada Vaşinqtonda qrant alıb, “mən Azərbaycana getsəm, həbs edərlər” deyib, sonra rahat Azərbaycana qayıtmıram. Günün neçə saatını müxalifətçi olub, neçə saatını kuzenimlə (əmi nəvəsi, prezidentin köməkçisi Yusif Məmmədəliyevlə) müxalifəti necə yıxmağı müzakirə etmirəm. Mən 30 il əvvəl nə etmişəmsə, indi də onu edirəm... Doğru bildiyimi müdafiə edir, yanlış bildiyimi tənqid edirəm. Allah qismət etsə, həyatımın bir o qədərini də bunu edəcəm”.

Musavat.com-un xəbərinə görə, bunu ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı özünün Facebook hesabında yazıb. S.Osmanqızı qeyd edib ki, siyasət riyakarlıq demək deyil: “Onu bu vəziyyətə salıblar. Siyasətdə şəxsiyyəti bütöv, sözləri əməllərini tamamlayan, ləyaqətli adamlar olmalıdır. Parlamentə “düşüb” “mən siyasətçi deyiləm” deyənlər belimizi qırırlar. Onlar ziyalı yox, ziyanlıdırlar. Hesabatlı olacaqsan - hər əməlinə, hər sözünə görə. Əvvəl şəxsiyyət, sonra siyasət! Biz Azərbaycana bu mühiti gətirəcəyik”.

Tarixçi alim Altay Göyüşov isə bu sabah Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım zamanı S.Osmanqızının ittihamlarına cavab verib. A.Göyüşov jurnalistin ona “qədeşbala” deməsini danışdığı bakılı ləhcəsi ilə əlaqələndirib və bunun insana qüsur kimi göstərilməsinin doğru olmadığını deyib. Osmanqızının ünvanına “mən səni hər zaman fırıldaq saymışam” deyən tarixçi alim Vaşinqtonda olduğu illərdə də onu heç zaman axtarmadığını, onunla əlaqə yaratmaqda maraqlı olmadığını deyib: “Vaşinqtonda olanda özün mənə zəng edib, filan layihə var demisən, verilişinə dəvət etmisən. “Qədeşbala” idimsə niyə çağırırdın verilişinə, niyə təmas qururdun? Mən bu adama inanmıram. Çünki ağzından çıxan kəlmələr bişməmişdir, yalandır”.

A.Göyüşov xanım jurnalistin onun barəsində dediyi sözləri bir-bir təkzib edib. Deyib ki, iddia edildiyi kimi dəfələrlə REAL-a girib, sonra çıxmayıb: “Birincisi, mən Real Hərəkatı İdarə Heyətinin üzvü olmuşam. Partiyaya çevriləndə təşkilat komitəsinin üzvü olmamışam. Amma bildirmişəm ki, partiyalaşma prosesinin nəticəsi qeyri-adekvat olacaq. Mən partiyaya qoşulmamışam. Bunu da çığır-bağırla etməmişəm. Haçan qayıtmışam Reala? Heç vaxt. Ondan əvvəl Müsavatdan da getmişəm. Qırğınsız-davasız. Mən kiminləsə çörək kəsmişəm deyə onun sonradan etdiyi qüsurları deməməliyəm? Hərəkatın üzvü olanda da hər kəlmədə öz mövqeyimi bildirmişəm. Sosial şəbəkə istifadəçiləri bunu görüb. Çörək kəsmişəm deyə bütpərəst olmalıyam? Satıb nə etmişəm? Tənqid etmişəm də. Dövrün tələblərinə uyğun gəldiyim qənaətlə bunu etmişəm. Heç kimi satqın adlandırmamışam. Hərəkətə qiymət vermişəm”.

A.Göyüşov eyni zamanda Bakıya qrantla gəlməsi ilə bağlı iddiaları da yalanlayıb. Deyib ki, 2015-ci ildə Bakıya qayıdanda qrant layihəsi olmayıb. Amma o, elmi fəaliyyəti ilə bağlı qrantlar aldığını da inkar etməyib və bunu normal hal olaraq qiymətləndirib.

Prezidentin köməkçisi Yusif Məmmədəliyevin əmisi nəvəsi olduğunu bildirən tarixçi alim Sevinc Osmanqızının faktları təhrif etdiyini iddia edib: “Bunun yalanı nədir? Deyir ki, guya onunla görüşür və müxalifəti dağıtmaqla bağlı danışırıq. Onu bir neçə il əvvəl atasının yasında görmüşəm. Ondan sonra da onu təsadüfən Opera Teatrında görmüşəm”.

A.Göyüşov xatırladıb ki, S.Osmanqızının bacısını da onun özünə görə incidiblər. O, hesab edir ki, qanunun aliliyi insanın öz hərəkətinə görə cavabdeh olduğunu göstərir: “Sənin dediyin odur ki, bir şərçi getsin, o biri gəlsin. Mənsə deyirəm, şər olmasın. Bizim fərqimiz budur. 30 ildir beləyəm deyirsən. Amma xalqın gözü tərəzidir”.

Şərhlərdə isə Osmanqızının bir neçə il əvvəl ANS-də işlədiyi zaman CNN üçün hökumətin xeyrinə hazırladığı reportajların linki yer alıb və Osmanqızının jurnalist fəaliyyətində illər öncə dövləti təbliğ edən materiallar sübut kimi ortaya qoyulub.

Musavat.com xəbər verir ki, S.Osmanqızının bu mövqeyinə jurnalist Aynur Elgünəş isə belə münasibət bildirib: “Sevinc Osmanqızının Altay Göyüşovla bağlı son paylaşımını oxuyanda özümü gic yerinə qoyulmuş kimi hiss etdim. Əgər təkcə ona irad tutsaydı, vecimə də olmazdı. Elə yazıb, sanki elə ilk işi “Osmanqızı TV” olub. Sanki ANS-də hökumət əleyhinə söz deyənlərin torbasını tikəndə, CNN üçün ... fəxarətlə video hazırlayanda dövran başqaydı. Anlayıram, adam səhv də edər, etdiklərinin yanlış olduğunu düşünüb dəyişər (hərçənd Sevincdə belə olmadığını gözəl bilirəm və onu bu düşərgəyə gətirdiyi üçün həmişə Emin Millini qınamışam), amma ayıbına da kor olub kiməsə ləyaqət, şərəf, əqidə dərsi keçməz də. Yoxsa ona elə gəlir ki, Əli Kərimlinin, Milli Şuranın qanadının altına girəndə adam demokrat, sədaqətli görünür? Yaxud kim daha çox söyürsə, o, daha cəsarətlidir? Unutmayın, bu yolla gündəmdə olmaq istəyənlər özünütəsdiqə ehtiyacı olanlardır. Sizi bilmirəm, mən həyatı ziq-zaq olanların üstümüzə xətkeşlə gəlməsindən çox yoruldum.

P.S. Qazan deyir “dibim qızıldı”, çömçə deyir: “gəzib gəlmişəm”. Bu misalı çox sevirəm...”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar