Cümə axşamı, 06 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Jurnalist olmaq istəyənlərə şad xəbər - Bu gündən başlayır

Bu gündən III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 22-25 iyul 2019-cu il tarixlərində http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 1-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış ola bilərsiniz.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nadir Qafarzadə: “Bezmişəm, axırda canıma qəsd edəcəm“

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

"Bu şəhərdə" Ramin Bayramlını parodiya etdi - Video

“Pirşağıda 4-5 tualet borusunun ağzına ucuz bir filtr qoymağa pul yox imiş” - Video

"Rus qadından övladım olub" - Xalq artistindən etiraf

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

“Bəsdirin millətin əsərlərini korladınız...” - Milli Məclisdə gərgin müzakirələr

Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”

loading...

Ən çox oxunanalar