Bazar ertəsi, 16 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Jurnalist Nazarbayevi qəbiristanlıqda axtardı, tapa bilmədi

Qazaxıstanın keçmiş prezidenti və “Elbası” Nursultan Nazarbayev ölkəsində etirazların başladığı gün doğulduğu kəndə gedib. Orada bir gün qalıb və ertəsi gün Qırğızıstan sərhədinə tərəf yollanıb. Onun Qırğızıstan üzərindən Birləşmiş Ərəb Əmirliklərinə getdiyi bildirilir.

virtualaz.org xəbər verir ki, Nazarbayevin izinə “Moskovskiy Komsomolets” qəzetinin əməkdaşı düşüb. Jurnalist onu doğulduğu kənddə-Alma-Ata ətrafında yerləşən Şamalqan kəndində axtarıb.

Kənd sakinləri və kənd administrasiyasının məsul şəxsləri Nazarbayevin yanvarın 2-də avtomobil kortejinin müşaiyəti ilə Şamalqana gəldiyini təsdiq ediblər. O, ata-anasının və digər yaxınlarının dəfn olunduğu qəbiristanlığa da baş çəkməyi planlaşdırıb, lakin nəyə görəsə bunu etməyib və ertəsi gün Qırğızıstanla sərhəd istiqamətində yola düşüb.

Şamalqan kəndi Alma-Atadan bir saatlıq məsafədə yerləşir. Lakin yerli taksi sürücüləri həmin kəndə müştəri aparmağa risk etmirlər. Etiraf edirlər ki, qorxurlar. Çünki kəndi hər tərəfdən silahlı mühafizəçilər qoruyur, onlar isə xəbərdarlıq etmədən atəş aça bilərlər. Alma-Ata sakinləri də taksi sürücülərinə haqq qazandırır: “Orada Nazarbayevin qohumları yaşayır, evləri xüsusi nəzarət altındadır. Yaxın getmək olmaz, foto çəkmək heç olmaz”.

Jurnalist hər halda Şamalqana gedə bilib və Nazarbayevin izini əvvəlcə qəbiristanlıqda axtarmağı qərara alıb. Axı bu günlərdə LDPR lideri Vladimir Jirinovski iddia etmişdi ki, Nazarbayev ölüb və onu çoxdan basdırıblar. Jirinovski bu mülahizəni Nazarbayevin iki həftədən çoxdur ölkəsində baş verənlər haqda heç bir açıqlama verməməsi ilə əsaslandırmışdı.

Şamalqan kəndində dörd qəbiristanlq var, Nazarbayevlərin dəfn olunduğu qəbiristanlıq isə dağın ətəyində yerləşir. Sakit yerdir, amma gözəl mənzərəsi var. Hər tərəfdə küknar ağacları, dağlar, yaxınlıqda otlayan atlar...

Yerli sakinlərdən biri qəbiristanlığa gedən yolu göstərməyə razılaşır, amma özü rusiyalı jurnalistlə birlikdə ora getməkdən qorxur: “Biz hələ bu kənddə yaşamalıyıq. İstəmirəm məni kimsə görsün. Sizi burada gözləyirəm”. Taksi sürücüsü də yolun yarısında dayanır, jurnalist qəbiristanlığa təkkbaşına getməli olur.

Nazarbayevin valideyinlərinin və digər yaxınlarının məzarları şərq üslubunda movzoleyi xatırladır. Atasının, qardaşının və qohumnun qəbirlərinin üstü yaşıl örtüklə örtülüb, anasının qəbrinin üstündən isə örtük sürüşüb. Movzoleydən kənardakı ən təzə qəbir isə Nazarbayevin kiçik qardaşı Bolatın 2020-ci ilin iyununda vəfat edən həyat yoldaşına aiddir. Başqa təzə məzar isə yoxdur.

Qəbiristanlıqdan yüz metr aralıda taxta evcik var, orada iki kişi tonqal ətrafında söhbət edirlər. Onlardan biri rusca yaxşı danışır:

-Qəbiristanlığın gözətçisini axtarırıq...

-Gözətçi mənəm.

-Xəbəriniz var ki, bütün ölkə Nursultan Nazarbayevi axtarır?

-İlk dəfədir eşidirəm. Kim onu axtarır?

-Onu dekabrın 28-dən bu yana heç kim görməyib. Şayiələr gəzir ki, burada, doğma kəndində ola bilər...

-Burada dəqiq yoxdur. Yanvarın 2-3-də gəlmişdi, sonra getdi. Ondan sonra biz onu görməmişik.

-Necə bildiniz ki, gələn məhz Nazarbayevdir?

-Kənddə belə şeyləri gizlədə bilməzsən. Biz onun gəlişini kəndə gələn kortejdən anladıq. Yanvarın 2-də dəqiq burada idi. Məni əvvəlcədən xəbərdar etmişdilər ki, qəbiristanlığa da gələcək. Hamımız hazırlaşdıq, onu gözlədik. Amma görünür işi çıxdı, gəlmədi. Məsələ ondadır ki, bizdə qəbir üstünə nahardan sonra getmirlər. O isə gec gəlmişdi. Çatdırmadı.

-Yəni Nazarbayev sağdır?

-Əlbəttə sağdır. Onda hər şey qaydasındadır. Əgər siz onu burada, qəbiristanlıqda axtarmaq istəyirsinizsə əbəs yerə vaxt itirməyin. Heç bir gizli dəfn olmayıb. Üstəlik bizdə kimisə gizli dəfn edə bilməzsən. Sonuncu dəfə ailədən dəfn olunan gəlinləri olub, qardaşı Bolatın arvadı. Nədən öldü, bilmirəm. Ola bilsin koronavirusdan. Pandemiyada kənddə çox adam öldü.

-Və Nazarbayev özünü yaxşı hiss edirdi?

-Bəli. Mən onu şəxsən görmədim. Amma görənlər danışdılar ki, normal görünürdü. Kortej, mühafizə, hər şey öz qaydasında idi...

-Bəs bura niyə gəlmişdi?

-Burada onun qardaşı və bacısı (Anipa Nazarbayeva) yaşayır, qohumları yaşayır, yəqin onlara baş çəkməyə gəlmişdi.

Daha sonra rusiyalı jurnalist kəndə geri dönüb və bəzi sakinlərlə, o cümlədən kənd administrasiyasının məsul şəxsləri ilə söhbətləşib. Onlar təsdiq ediblər ki, Nazarbayev yanvarın 2-də kəndə gəlmişdi.

“Nazarbayev bura Yeni ildən sonra gəldi, xəstə qardaşı Bolata baş çəkdi, bu yaxınlarda onu Almaniyada əməliyyat ediblər, sonra İsrailə aparıblar. Sonra o Şamalqana geri qayıtdı. Nursultan həmin gün bizdə ağsaqqalları topladı. Müşavirə keçirildi. Bildiyim qədər sonra Nazarbayev və onun ailə üzvləri zirehli maşınlarda Qırğızıstan sərhədinə tərəf getdilər. Orada onları qarşılayıblar, aeroporta aparıblar. Oradan isə hamısı Birləşmiş Ərəb Əmirliklərinə uçub”,-kənd administrasiyasının məsul işçisi bildirib.

Qeyd edək ki, Nazarbayevin Ərəb Əmirliklərində olmasına onun qızı Aliyanın bu günlərdə İnstagram hesabında məkan qismində Əbu-Dabinin göstərilməsi də dəlalət edə bilərdi. Hansı ki, Aliya daha sonra bütün sosial media hesablarını bağlamışdı.

Yanvarın 2-də və 3-də Qazaxıstanda etirazlar hələ lokal xarakter daşıyırdı və kütləvi deyildi, o cümlədən Alma-Ataya sıçramamışdı. Bu baxımdan Nazarbayevin hakimiyyətinin çökəcəyini belə tez dərk edib ölkəni tərk etməsi maraq doğurur... 

pia.az

 

 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Paşinyan KTMT liderləri qarşısında gülünc vəziyyətə düşdü - Video

İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub - Foto + Yenilənib

"Bizi tısbağanın dalınca qaçmağa məhkum ediblər... "- Xalq artisti Vidadi Həsənov

Həbsdə olan sabiq icra başçısının cəzası azaldıldı

Mərhum sənətçimizin doğum günündə: Qara çarşablı qadın onu uşaq evinə atdı, nişanlısı xəyanət etdi... - Foto

Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib: “Yeddi minlik yardımdan ancaq 300-nü götürdüm”

Bakıda kirayə ev axtaranlar üçün pis xəbər - 400-450 manat... - Video

Pentaqon rəhbəri Şoyqu ilə söhbətindən danışıb

Rusiya ordusu Avdeyevdə itki verərək geri çəkildi

Astarada çay məcrasından çıxdı: Evlər təhlükə qarşısında - Video

Ukrayna müdafiəçiləri dövlət sərhədinə çatdılar - Video

Ən çox oxunanalar