Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib

PİA.az bildirir ki, Fuad Abbasovun yeni vəkili Teyub Şərifov ONA-nın Moskva müxbirinə açıqlamasında deyib ki, mayın 23-dən rəsmi olaraq Fuad Abbasovun müdafiəsinə qoşulub

Vəkil Fuad Abbasova qarşı Rusiya açılan inzibati iş materialları və yekun qərarla tanış olduğunu söyləyib: "İşdə kobud prosessual pozuntulara yol verilib. Ona görə də müdafiəyə qoşulduğum gün mənim tərəfimdən Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin qərarından dərhal yuxarı instansiya olan Moskva vilayət Məhkəməsinə şikayət verdik. Mayın 23-nə kimi Fuad Abbasovun ölkədən çıxarılması haqqında məhkəmə qərarı heç kəs tərəfindən öyrənilməyib və şikayət edilməmişdi".

Teyub Şərifov Fuad Abbasovun mayın 28-də deportasiya olunacağı barədə yayılan məlumatların əslində heç bir əsasının olmadığını da söyləyib. Vəkil Fuad Abbasovun müdafiəsini müstəqil həyata keçirdiyini və Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinə daxil olmadığını, eləcə də fəaliyyətinin koordinasiyası üçün digər məsləkdaşlara və hüquqşünaslara ehtiyacının olmadığını da vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar