Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jukovu güllələməklə hədələyən general – Katukov qələbə marşalını eşq macəralarında da ittiham edib...

“Mən daşıdığın bütün orden və medallarını çıxarıb, sonra səni güllələyərəm” – sovet-alman müharibəsinin son günlərində Mixail Katukovun telefonla Georgi Jukova dediyi bu sözlər Qələbə marşalına sillə kimi dəyib.

Maraqlıdır, bu ifadələri marşal Jukovun ünvana deməyə general Katukovu nə vadar edib?

Marşal Jukov sərkərdəlik bacarığı ilə təkcə SSRİ-də deyil, bütün dünyada tanınmış hərbçilərdən biri sayılıb. Onun haqqında Ruzvelt və Çörçill kimi nəhəng siyasətçilər yüksək fikirlər söyləyiblər. Amma peşəkarlığı ilə yanaşı Jukovun kaprizləri də az olmayıb. Qələbə marşalı iddialığı, təkəbbürlüyü, kobudluğu, birincilik təşəbbüsünü əldən verməməyi ilə də fərqlənib. Elə general Katukovla aralarında yaranan konfliktli münasibətə də bu səbəb olub.

Məlum olduğu kimi Berlin əməliyyatı sovet-alman müharibəsinin son əməliyyatı olub. 17 gün, 1945-ci ilin aprelin 16-dan mayın 2-nə qədər davam edən əməliyyat zamanı hər iki tərəfdən ümumilikdə 4 milyona yaxın döyüşçü iştirak edib, 8 min tankdan və 11 min təyyarədən istifadə olunub. Sözsüz ki, bu əməliyyata rəhbərlik edən və əməliyyatı uğurla sona çatdıran şəxsin adı tarixə həkk olunub. Məhz Jukov Berlin əməliyyatının əsas müəllifi kimi Qələbə marşalı adını qazanıb.

Hələ əməliyyat başlamazdan əvvəl yüksək çinli hərbçilər yaxşı anlayıblar ki, Berlin əməliyyatı zamanı böyük nüfuz və ən yüksək mükafatları qazana bilərlər. Bu səbəbdən Berlin əməliyyatında iştirak etmək üçün sovet marşal və generallarının arasında yetərincə ciddi mübahisələr yaranıb.

1-ci Belarus cəbhəsinin komandanı Jukov Berlin əməliyyatını tək keçirmək iddiasında olub. Əvvəlcədən təsdiq olunmuş əməliyyat planına görə isə 1-ci Ukrayna və 2-ci Belarus cəbhələrinin də Berlin əməliyyatına cəlb edilməsi nəzərdə tutulub.  Jukov Konyevin və Rokossovskinin komandanı olduğu bu cəbhələrin Berlində deyil, şəhərin ətraf ərazilərində əməliyyat keçirmələrini tələb edib. Əməliyyat zamanı Konyevin komandanı olduğu 1-ci Ukrayna cəbhəsi Berlinə daxil olanda Qələbə marşalı 1-ci tank ordusunun komandanı Mixail Katukovla rabitə əlaqəsinə girib və ondan tələb edib ki, Konyevin Berlinə daxil olmasına imkan verməsin. Mütləq qalib olmaq istəyən Jukov özünə və öz qüvvələrinə güvənib. Amma nədənsə cəbhə komandanı bir məsələdə yanlışlığa yol verib. Yaxud da öz nüfuzuna arxayın olub. Birincisi, 1-ci tank ordusunun komandanı Katukovun əməliyyat planına müdaxilə etmək səlahiyyəti olmayıb. İkincisi, Katukov Berlin əməliyyatının mürəkkəbliyini nəzərə alaraq bu əməliyyatda tək bir cəbhənin, Jukovun komandanı olduğu 1-ci Belarus cəbhəsinin iştirakına və uğur qazanacağına şübhə edib. Bu səbəbdən Katukov Jukovun əmrini yerinə yetirməyib. Qələbə marşalı onun “mən daşıdığın bütün orden və medallarını çıxarıb, sonra səni güllələyərəm” cavabına kobudluqla reaksiya verib:

“General Katukov, sizdən yüksək rütbəli şəxsin əmrini icra etmədiyinizə görə cəzalanacaqsınız...”

Sonralar o da məlum olub ki, Berlin əməliyyatında digər iki cəbhənin qüvvələri iştirak etməsəydi əməliyyat daha uzun çəkəcəkdi və itkilərin sayı da çox olacaqdı.

Jukov Katukovun qisasını çox da ləngitməyib. Müharibədən sonra Berlin əməliyyatında fərqlənən hərbçilərə Sovet İttifaqı qəhrəmanı adının verilməsi ilə bağlı təqdimatlar yazılanda 612 nəfərlik siyahıdan Jukov Katukovun adını çıxarıb.

Jukovla Katukovun soyuq münasibətləri hələ Berlin əməliyyatından əvvəl başlayıb. Kursk döyüşləri zamanı Katukovun rəhbərlik etdiyi tank qoşunları əməliyyat ərazisində 24 saat gözləmə mövqeyi tutub. Katukov bunu məqsədli şəkildə edib. Belə ki, qarşı tərəfin eyni nöqtəyə daha çox toplanmasını gözləyən Katukov daha az itki və daha az sursatla alman ordusunun bütöv bir diviziyasını məhv edib. Bu gecikmə zamanı Jukov Stalinə telefonoqram göndərib və Katukovun dərhal həbs olunmasını xahiş edib. Əməliyyat uğurla sona çatdıqdan sonra isə Stalin birbaşa Katukovla rabitə əlaqəsinə girib. Stalinin birbaşa cəbhə zabiti ilə telefonla danışığı nadir hadisə sayılıb. O, Katukova təşəkkürünü bildirib. Telefon danışığından bir neçə saat sonra Yuri Levitan radioda Katukovun “Lenin” ordeni ilə təltif olunması haqqında məlumatı səsləndirib.

Əməliyyat müşavirələrinin birində Jukov Katukovu qadınlarla əyləncədə ittiham edib. General marşalın bu ittihamını cavabsız qoymayıb:

-Yoldaş marşal, mənim həyat yoldaşım 1941-ci ildə vəfat edib. Yekaterina Semyonovla isə mən rəsmi nikaha girmişəm və o, bütün cəbhələrdə mənim yanımdadır. Siz isə, həyat yoldaşınız ola-ola səhra qospitalında işləyən tibb bacısı ilə eşq yaşayırsınız.

Katukovu ləkələmək, xidmətdən uzaqlaşdırmaq üçün Jukov çox cəhdlər edib. Amma bu cəhdlərin heç biri baş tutmayıb. Hər dəfə Stalin Ktukovu müdafiə edib.

Qeyd edək ki, Katukov 1900-cü ildə Moskvada anadan olub. 1917-ci ildə oktyabr inqilabında iştirak edib. Əvvəlcə Moqilyov Hərbi Piyadalar Məktəbində, sonra Voroşilov adına Hərbi Akademiyada təhsil alıb. Sovet-alman müharibəsi zamanı iki dəfə Sovet İttifaqı qəhrəmanı adı ilə təltif olunub. Jukov hərbi rəhbərlikdən uzaqlaşdırıldıqdan iki il sonra, 1959-cu ildə marşal rütbəsi alıb. Xidmətinin son illərində SSRİ Müdafiə Nazirliyinin Baş İnspeksiyasında general-inspektor vəzifəsində işləyib. 1963-cü ildə istefaya çıxıb.

Marşal Mixail Katukov 1976-cı ildə 75 yaşında vəfat edib. O, hərbi şərəflə Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Ən çox oxunanalar