Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Joker” filmi 1 milyard qazanaraq tarixə düşdü

“Joker” filmi 1 milyard dollar qazanan ilk +18 kino kimi tarixə düşdü...

“The Independent” qəzeti, 17 noyabr 2019-cu il

Cizgi film qəhrəmanı Betmenin böyük rəqibi olan Joker barədə çəkilən bu Hollivud filmi kino tarixinə 1 milyard dollar qazanc əldə edən ilk +18 film kimi daxil olub. Jokeri canlandıran Xoakin Feniksin 2020-ci ilin ən yaxşı kişi rolunda Akademiya mükafatlarına namizəd olması gözlənilir. (Instagram)

“Warner Bros.”un prodüserlik etdiyi və Betmenin baş düşməni olan Jokerin hekayəsindən bəhs edən “Joker” filmi Çində təqdim olunmadığı halda, 14 noyabrdan etibarən 999,1 milyon dollarlıq gəlir əldə edib. Bu da onu göstərir ki, film qısa zaman ərzində 1 milyard dollarlıq gəlir əldə edəcək.

Baş rolda Xoakin Feniksin olduğu film 4 oktyabrda təqdim edilib və içindəki bəzi səhnələrə görə ABŞ-da şiddəti təşviq edəcəyi ilə bağlı narahatlıq yaranıb. “Joker” filminin büdcəsi bir Hollivud filminə görə olduqca az – 60 milyon dollar idi.

Dünyada 18 yaş məhudiyyəti qoyulan filmlər filmlər siyahısında 1-ci yerə çıxan “Joker”i növbə ilə 2003-cü il çıxışlı “Matrix Reloaded”, 2016-cı ildəki “Deadpool” və 2018-ci ildəki “Deadpool 2” filmi izləyir.

Film, eyni zamanda, “Aquaman”, “The Dark Knight” (Qara cəngavər) və “The Dark Knight Rises” (Qara cəngavər yüksəlir) filmlərindən sonra “milyard dollar klubu”na girən 4-cü “Warner Bros.” Filmi oldu.

2019-cu ilin ən çox qazanc əldə edən 7-ci filmi oldu

“Joker” həmçinin, 2019-cu ildə ən çox qazanc əldə edən 7-ci Hollivud filmi oldu. Ondan əvvəldə isə ikisi “Walt Disney”in filmi olan, 2,8 milyard dollar qazanan “Avengers: Endgame” (Qisasçılar: Son Oyun) və 1,6 milyard dollar əldə edən “The Lion King” (Kral Şir) filmi var.

Həm izləyicilər, həm də tənqidçilər tərəfindən bəyənilən filmin 2020-ci ilin fevralında Akademiya (Oskar) mükafatında böyük uğur qazanması gözlənilir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Ən çox oxunanalar