Bazar, 05 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Jirnovski Azərbaycana hansı ismarıcı göndərmək istədi?

Rusiya millətçilərinin liderinin bəyanatı əslində Azərbaycanın daxili işlərinə və xalqımızın milli iradəsinə müdaxilə deyilmi?

Politoloqlar Klubunun rəhbəri: “Azərbaycan xalqı özü öz müqədəratını təyin edir. Jirnovskinin bu tipli açıqlamaları təbii ki, yolverilməzdir”.

“Jirnovski bu fikirləri ilə əslində Azərbaycana ismarıc göndərmiş oldu. Bu cümlələrin arxasında kifayət qədər ciddi məqamlar var”.

Bu sözləri politoloq Zaur Məmmədov Jirnovskinin Azərbaycan haqqında dediyi fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiya mətbuatı Dövlət Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirnovskinin mətbat üçün yaydığı press relizenin bəzi maraqlı tərəflərini dərc edib. Açıqlamasında Jirnovski deyib ki, Gürcüstan, Ukrayna, Ermənistandan fərqli olaraq biz Azərbaycanda imkan verməyəcəyik ki, müxalifət yönümlü partiyalar, Qərb yönümlu siyasi xadimlər parlamentdə təmsil olunsun: “Biz bu tələbimizi ən yüksək səviyyədə Azərbaycana çatdırmışıq və xəbərdarlıq etmişik”, deyə rusiyalı radikal millətçi partilanın lideri bildirib.

Jirinovskinin bu bəyanatı əslində Rusiyanın Azərbaycanın daxili işlərinə və milli iradəyə müdaxiləsi deyilmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Jirnovskinin dedi sözlərin arxasında siyasi çalarlar var”.

Əgər sabah Rusiya və yaxud da digər ölkə münaqişənin həllində Azərbaycanın yanında olacaqsa və Azərbaycana dəstəq duracaqsa, bu zaman Azərbaycan öz xarici siyasətində mühum dəyişikliklər edə biləcəyini düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, hətta ola nolər ki, Azərbaycan həmin ölkələrin liderlik etdiyi təşkilatlara da daxil olsun. Hər şey Azərbaycanın maraqlarına nəyin nə qədər cavab verməsindən asılıdır:

Azərbaycan xalqı özü öz müqədəratını təyin edir. Jirnovskinin bu tipli açıqlamaları təbii ki, yolverilməzdir. Əgər Jirnovski doğrudan da Rusiyanı dünyanın ən güclü dövlətlərindən hesab edirsə, bu zaman fortpostları olan Ermənistanı və dil, din qardaşları sayılan Ukrayna barədə düşünsələr yaxşı olar. Rusiya faktiki olaraq bu gün həmin ölkələrdə hakimiyyətlərin dəyişməsinin ən əsas səbəblərindən birini onlar özündə axtarsa yaxşı olar. Bu gün Rusiya Ermənistan və Ukraynanın Qərbə doğru yönəlməsinin, Qərb siyası-iqtisadi modelini özləri üçün nümunə olaraq götürmələrinə siyasət yqrütməlidirlər və kimin dost olub olmadığını da özləri üçün aydınlaşdırmalıdırlar. Məncə artıq bunu zamqnı çatıb və Moskva artıq Qarabağ probleminin həllində beynəlxalq hüququn və ədalətin tərəfində olmalıdır.

Hər bir halda Jirnovskinin dedi sözlərin arxasında siyasi çalarlar var. Jirnovski bu fikirləri ilə əslində Azərbaycana ismarıc göndərmiş oldu. Bu cümlələrin arxasında kifayət qədər ciddi məqamlar var. Jirnovski Rusiyanın adı siyasətçilərindən biri deyil. Kreml öz isədiklərini tez-tez Jirnovskinin dilindən səsləndirir.

Zaur Məmmədov: “Azərbaycana nəyisə “et” demək istəyənlər, bunun müqabilində Azərbaycan üçün nə edirlər?”.

Amma Rusiya da yaxşı bilməlidir ki, Azərbaycanın daxilində nəyin olub-olmamasından asılı olmayaraq özünü Azərbaycana dost və müttəfiq adlandıran hər bir kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın milli maraqlarının reallaşmasında Bakının maraqlarını mütləq şəkildə nəzərə almalıdırlar. Bakı dəfələrlə Rusiyaya və bütün istiqamətlərə deyib ki, münaqişənin həllində bizə kömək edin, Ermənistana təzyiq edin. Əlbəttə ki, əgər sabah Rusiya və yaxud da digər ölkə münaqişənin həllində Azərbaycanın yanında olacaqsa və Azərbaycana dəstək duracaqsa, bu zaman Azərbaycan öz xarici siyasətində mühum dəyişikliklər edə bilər. Hətta Azərbaycan həmin ölkələrin liderlik etdiyi təşkilatlara daxil ola bilər. Amma Azərbaycana nəyisə “et” demək istəyənlər, bunun müqabilində Azərbaycan üçün nə edirlər? Mütləq şəkildə bu sual düşünülməlidir.

Biz Qazaxıstan-Rusiya münasibətlərində, Avrasiya İttifaqı və KTMT daxil olan ölkələrlə Rusiya münasibətlərində çatların olmasının şahidiyik. Azərbaycan isə balanslaşdırılmış xarici siyasət aparmaqda davam edəcək. Azərbaycan daim qonşu və müttəfiq ölkələrin maraqların nəzərə alır. Həmçinin Azərbaycan Ermənistandan fərqli olaraq regionda sabit və davamlı olmasında, sülhün bərqərar olmasında maraqlıdır. Bunun üçün də əlindən gələni edir”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Cəlilabad xəstəxanasında tibbi vasitələrin yetməzliyindən tibb işçiləri koronavirusa yoluxub - Foto

Azərbaycanda 200 min şəxsə birdəfəlik ödəniş veriləcək

Azərbaycanda internetin zəif olmasının səbəbi açıqlandı

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlanıb - Video

Polis tanınmış jurnalisti cərimələdi – Maska və əlcəyə görə

İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunacaq - Rəsmi

Vüqar Səfərlinin yerinə təyin olunan Əhməd İsmayılov kimdir? - Dosye

Vüqar Səfərli işdən çıxarıldı - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

Böhrandan ən çox zərər görəcək ölkələr... – BVF Azərbaycanı hansı qrupa aid edib?

Sabiq deputat Hadı Rəcəblinin kölgədə qalan daha 5 şirkəti üzə çıxdı - Foto

Rusiyada azərbaycanlı diaspor rəhbəri vəfat edib

loading...

Ən çox oxunanalar