Çərşənbə, 08 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Jirinovski Dövlət Dumasının iclasını “sizdən iyrənirəm” deyə qışqıraraq tərk edib

Jirinovski yenə qalmaqal yaradıb və Dövlət Dumasının iclasını tərk edib

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Dövlət Dumasının iclasını “sizdən iyrənirəm” deyə qışqıraraq tərk edib.

Rusiyanın “Ren tv” kanalının məlumatına görə, radikal siyasətçi özünün irəlü sürdüyü, rus əsilli şəxslər üçün Rusiya Federasiyası vətəndaşlığının alınması ilə bağlı prosedurların asanlaşdırılması barədə təklifinin rədd edilməsinə qəzəblənib.

“Mən etiraz əlaməti olaraq zalı tərk edirəm. Siz vətəndaşlarımızın xeyrinə olan bir qanunun lehinə səs vermədiyiniz üçün burada oturmağa utanıram”, – V.Jirinovski deyib. RLDP sədri yaşananları “rüsvayçılıq” adlandırıb.

Gazeta.ru saytının verdiyi xəbərə görə, bundan bir ay öncə Vladimir Jirinovski yerli mediaya verdiyi müsahibədə XX əsrdə ABŞ əhalisinin 4 dəfə, Rusiyanın isə sadəcə 2 dəfə artmasından şikayətlənib. O, səbəb kimi müharibə və inqilabları göstərib.

“Biz bütün bu təlatümlərdən qaçmalı idik”, – deyə rusiyalı siyasətçi bildirib.

V.Jirinovski ölkə əhalisinin azalmasında ikinci səbəb olaraq hamiləliyin süni olaraq sonlandırılmasını göstərib.

O, buna görə sosial mühiti və hətta məşhur jurnalist Andrey Malaxovun proqramlarını da günahkar çıxarıb.

“Əgər Malaxovun verilişləri davam etsə, heç kim dünyaya uşaq gətirməyəcək”, – deyə V. Jirinovski qəribə mülahizə yürüdüb.(azpolitika)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL prezidentinin milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır / Foto

Xoşqədəmlə Doğuş sərt karantin rejimində "Azərbaycan səyahəti" - Video

“Dedim bala, məhv olarsan, bu yolu seçmə…” – Elmar Məmmədyarovun atası

Kürdəmir rayon icra başçısı istefa verib, ölkədən getmək istəyir? -İddia

Dəhşətli mənzərə: Azərbaycanda xəstəxana dəhlizindəki koronavirus meyitləri - Video

"Özü qudurğandır, ona görə elə yazıb" - Xalq artisti qəzəbləndi

Vilayət Eyvazov Vilayət Allahverdiyevə yüksək vəzifə verdi

“Qayınanasının əfv ərizəsi ilə azadlığa çıxan Surət kimi bir gədəni gündəm etməyin”

Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - Fotolar

Mehdiyev sükutu pozdu: "Ramiz Mehdiyev mövzusu onlara..."

“Qorxaq. Bunun başqa adı yoxdur” – İlham Əliyevdən sərt açıqlamalar

loading...

Ən çox oxunanalar