Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İyulun 5-dən sonra fövqəladə rejim elan olunmalı, komendant saatı tətbiq ediməlidir“ - Deputat

“Karantin rejimi daha da sərtləşdirilməlidir. Hətta dəfələrlə cərimə edilməsinə baxmayaraq, ən müxtəlif bəhanələrlə qaydaları pozan şəxslər hətta cinayət məsuliyyətinə cəlb edilməlidir”...

“Yoluxmanın səviyyəsinin azalmasının şahidi olmayacağıqsa, virusa yoluxanların və ölüm sayının azalması, sağalanların sayının çoxalması tendensiyasını görsək belə, yumşalmaya keçmək lazım deyil. Tədricən bunu etmək olar. Azərbaycanda hər gün yoluxma sayı artmaqdadır. Görünən budur ki, 1 həftə - 10 günə bunun azalma səviyyəsi olmayacaq. Ona görə də təklif edirəm ki, iyulun 5-dən sonra da sərt karantin rejimi tətbiq olunmalı və əlavə sərt elementlər də daxil edilməlidir".

PİA.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, hadisələrin gedişatı fövqəladə vəziyyət və komendant saatının tətbiqinə ehtiyac olduğunu göstərir:

"Yoluxma bu sürətlə gedərsə, fövqəladə rejim və ya komendant saatı tətbiq edilə bilər. Bu rejimlərdə artıq tələbləri pozan şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb edilir. Artıq bu rejimlərdə cərimə yoxdur. Bu, daha sərt yanaşmadır. Ona görə də xalqımızı bu bəladan qorumaq və dövlətimizi də xilas etmək üçün buna getmək olar. Baş verənlər dövlətimizin dayaqlarına ciddi zərbələr vurur. Artıq Azərbaycanda iqtisadi geriləmə rəsmi şəkildə açıqlanıb. Belə getsə, biz çox ciddi problemlərlə qarşılaşa bilərik. Bunun qarşısını almaq üçün addımlar atılmalıdır. Harada yoluxma sayı çoxdursa, bu tendensiyanın ardıcıl xarakter daşıdığı yerlərdə komendant saatı və fövqəladə rejim tətbiq olunmalıdır. Qardaş Türkiyədə 20 bölgədə komendant saatı tətbiq edildi və bu rejim özünün müsbət nəticələrini verdi. Halbuki bu rejim tətbiq edilməsi barədə qərar vətəndaşlar arasında birmənalı qarşılanmamışdı və Daxili İşlər Naziri Süleyman Soylu istefa ərizəsi yazmışdı. Ona görə də biz bir qrup məsuliyyətsiz insanların avantürasının içərisində yaşamalı deyilik.

Avantürist, düşüncəsiz insanların qarşısı alınmasa, onlara qarşı sərt tədbirlər həyata keçirilməsə, biz bu bəlanın içərisindən çıxa bilməyəcəyik. Nəticədə bu, uzun sürən prosesə çevrilə bilər. Çünki dünyanın ayrı-ayrı ölkələrində bunun artıq ikinci dalğasının başlandığı göz önündədir. Pandemiya bu gün böyük bəladır və bu bəlanın qarşısını almaq üçün hər hansı güzəşt və yumşaq münasibət inkar olunmalı və ortadan qalxmalıdır. Bunun başqa variantını deputat kimi görmürəm". (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar