Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İyulda Daşkəsəndə itkin düşənlərdən birinin paltarı, digərinin çəkməsi və at sümükləri tapılıb

İyul ayında Daşkəsəndə itkin düşən iki nəfərin Göygöl rayonu ərazisində paltarı, çəkməsi və at sümükləri tapılıb.

Bu barədə Apa-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

E. Qasımov bildirib ki, Göygöl rayonunun minalanmış ərazisində bu gün səhər saatlarında at sümükləri, uşaqlardan birinin gödəkcəsi, digərinin isə çəkməsi aşkarlanıb.

Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib.

Axtarışlar davam edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bu gün APA-ya verilən məlumata görə, iyulun 30-da itkin düşən Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun axtarışları davam etdirilir.

Sözügedən şəxslərin tapılması istiqamətində Kəlbəcər rayonu ərazisində intensiv axtarış işləri həyata keçirilir: "Ehtimal olunur ki, itkin düşən şəxslər dumanlı hava şəraitində azaraq kəndlə sərhəd olan Kəlbəcər rayonu ərazisinə keçiblər. Hazırda axtarış aparılan ərazilər həddən artıq minalanmış sahələr olduğu üçün işlərin həyata keçirilməsində ləngimələr yaranır".

İtkin düşmüş şəxslərin tapılması üçün aidiyyatı qurumlardan əlavə Müdafiə Nazirliyinin də əməkdaşları axtarışlara cəlb olunub.

Məlumata görə, İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar.

Daşkəsən rayonunun Alaxançallı kəndinin yuxarı hissəsi İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanla təmas xəttində neytral zona olub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DTX şefinin sözləri Ermənistanda həyəcan yaratdı

Kamran Əliyev işdən çıxardığı prokurora yeni vəzifə verdi - Foto

Elnur Əşrəfoğlu dəfn olunub - Yenilənib, Fotolar

Xəstəxana direktorunun rüşvət almasının görüntüləri yayılıb - Video

“Kontakt Home”nin yeni fırıldağı və deputatın troll şəbəkəsi...

Yardımlıda zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi açıldı

Bölgəyə xüsusi təyinatlılar da göndərildi, irimiqyaslı hərbi əməliyyatlar gözlənilir

Nazir 88 min manat mənimsəyən direktoru işdən çıxardı – Foto

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edilib

Çin İran-Azərbaycan qarşıdurmasında maraqlı tərəfdir və Tehranı bu qarşıdurmaya sürükləyir?

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləri, ölən isə bacısı oğludur

Ən çox oxunanalar