Çərşənbə, 29 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İxtira və əmtəə nişanlarına görə ödənişlərin məbləğləri artırılıb

İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün ödəniləcək məbləğ 30 manatdan 45 manata qaldırılıb.

Həmçinin iddia sənədinə aid olan materialların təqdim edilməsi müddətinin iddiaçının vəsatəti əsasında 2 (iki) ay müddətinə uzadılması üçün, eləcə də iddia sənədinin ekspertizasına başlanıldığı tarixdən 1 (bir) ay müddət keçdikdən sonra iddiaçının vəsatəti əsasında iddia sənədinin materiallarına düzəliş və əlavələrin edilməsi üçün indiyədək ödənilən məbləğ də 30 manatdan 45 manatadək artırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Cinsi əlaqənin olmaması qadınlara necə təsir edir? - 5 xoşagəlməz nəticə

Deputat: Bağçalar Xəyalə Əhmədzadənin monopoliyasındadır- "kəsdiyi başa zaval yoxdur"

Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib - Yenilənib

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə razılaşıb

Basketbol üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Yenilənib

İsveç və Finlandiya Türkiyənin şərtlərini qəbul edib

Ən çox oxunanalar