Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İvanişvili üçün “Gürcü baharı”nın tarixi açıqlandı: Müxalifət başlamaq qərarı verdi

Gürcüstan müxalifəti aprelin 4-də paytaxt Tiflisdə genişmiqyaslı mitinq keçirməyi planlaşdırır....

Yeni Gürcüstan Partiyasının lideri Georgi Vaşadze Leyboristlər Partiyasının ofisində birləşmiş müxalifətin nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında belə deyib. “Aprelin 4-də, saat 16:00-da Rustaveli prospektində geniş aksiya keçiriləcək. Buna qədər bizim bölgələrə etdiyimiz səfərlər zamanı bir çox etiraz tədbirləri, piketlərimiz olacaq.

Qeyd edək ki, “Avropa Gürcüstanı” Partiyasının liderlərindən biri Qiqi Uqulavanı 3 il 2 ay müddətinə həbs edilməsinə etiraz olaraq müxalifət təşkilatları hakim “Gürcü Arzusu” Partiyası ilə seçki sisteminin dəyişdirilməsinə dair danışıqları dayandırıb. Müxalifət “Gürcü Arzusu” Partiyasının sədri İvanişvilinin istefası tələbi ilə birgə aksiyalara başlamağı qərara alıb.

Vahid Milli Hərəkat partiyasının lideri Qriqol Vaşadze majoritar dairələrdə vahid namizədin irəli sürülməsi məsələsinin bir daha müzakirə olunduğunu söyləyib. Yəni qarşıdakı parlament seçkilərində hakim partiyadan olan namizədin əleyhinə yalnız bir müxalifət namizədi olmalıdır. “Razılaşdıq ki, majoritar dairələrin əksəriyyətində bizim vahid namizədimiz olacaq və müxalifət partiyaları bir-birinə qarşı çıxmayacaq”.

Qriqol Vaşadzenin sözlərinə görə, artıq bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır və müxalifət partiyaları Tiflisdəki əksər dairələr üzrə razılaşma əldə etməyə yaxındır. VMHP lideri bildib ki, müxalifət 4 aprel mitinqində strategiya və hərəkət taktikasını təqdim edəcək. Bundan əvvəl isə etiraz aksiyaları, piketlər və bölgələrə səfərlər davam edəcək.

“Gürcüstan vətəndaşlarının fəallaşmasının vaxtının gəldiyini hamıya izah etmək üçün bölgələrə gedəcəyik”-deyə Vaşadze qeyd edib. Respublikaçılar Partiyasının liderlərindən biri David Berdzenişvili deyir ki, müxalifət aprelin 4-də keçiriləcək mitinqdə vacib razılaşmalar təqdim edəcək və beləliklə, genişmiqyaslı seçki prosesinə başlayacaq. “Tiflisdə çox böyük və kütləvi mitinq olacaq. Eyni zamanda bu mitinqə əvvəlcədən majoritar dairələrin əksəriyyətinin namizədləri ilə bağlı ciddi razılaşmalarla gələcəyik. Praktikada bu mitinq seçki prosesinin başlanğıcı olacaq”- Berdzeneşvili belə deyib. Müxalifətin son qərarı aprel ayında Gürcüstanda hakimiyyətlə müxalifət arasında siyasi münasibətlərin yenidən gərginləşəcəyini göstərir. Müxalifətin seçkilərə vahid namizədlərlə getməsi və paralel olaraq birgə yürüş mitinqlərin keçirilməsi İvanişvilinin rəhbərlik etdiyi partiyaya qalib gəlmək planlarından xəbər verir. Bidzina İvanişvili ABŞ-dan təzyiqlərin artması fonunda müxalifətin fəallaşması ölkədə növbəti dinc inqilaba da gətirib çıxara bilər. Ancaq bu, seçkilərin nəticəsindən asılı olacaq.

Politoloq Qabil Hüseynlinin fikrincə, aprel ayından başlayacaq kütləvi etirazlar “Gürcü baharı”nın baş verməsinə səbəb ola bilər. Çünki bölgədə marağı olan ABŞ və Qərb dünyası İvanişvilinin hakimiyyətdə qalmasını istəmir:

“Eks-prezident Mixail Saakaşvili bu yaxınlarda verdiyi açıqlamada Tiflisdə ofis açdığını və Gürcüstana dönməkdə qərarlı olduğunu bildirib. Saakaşvili bu ifadələri təsadüfi işlətmir. Görünür, o Qərbin İvanişvili ilə bağlı planlarından xəbərdardır. ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistana son səfəri də göstərdi ki, Vaşinqton və onun müttəfiqləri post-sovet məkanına diqqəti artırıb. Qərb anlayır ki, Putinin qidalandığı ən mühüm mənbələrdən biri post-sovet məkanındakı ölkələrdir. Həmin ölkələr Putinin “caynağındadır”. Bu baxımdan, Gürcüstanın müəyyən mənada itaətsizlik göstərməsi, “iki stulda” oturması artıq Qərbi oyadıb. Qərb Rusiya ilə əməkdaşlıq edən İvanişvili ilə demokratiya qurmağın mümkünsüzlüyünü başa düşür. Üstəlik də, gürcü xalqı onu sevmir. İvanişvili ilə Qərbə inteqrasiya etmək olmaz. Bu milyarder adam ölkənin sərvətlərinin bir qismini mənimsəyib və var-dövlətini artırmaqla məşğuldur. Bu baxımdan, Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinin baş verməsində maraqlıdır. Saakaşvilinin nikbinliyi də buradan qaynaqlana bilər. Ona görə də İvanişvili qabaqlayıcı siyasət apararaq müxalifətə zərbələr endirməyə çalışır. Amma bu zərbələrin fonunda da müxalifət daha sız inteqrasiya edir və yeni hücuma hazırlaşır. Hətta bir-biri ilə məsafə saxlayan siyasi qüvvələr də bu mübarizədə birləşmək üzrədir. Saakaşvilinin qayıtması da bu prosesdən asılıdır. O, bir gün kütləvi etiraz aksiyasında meydana çıxıb ən azı öz partiyasının təşkilatçılıq missiyasına rəhbərlik edə bilər. Artıq qarşıdan “Gürcü baharı”nın gəldiyini demək olar. Çünki İvanişvilidən beynəlxalq aləmdə xeyli narazılıq var. O, kənarda oturub “boz kardinal” kimi hakimiyyəti idarə edir və qeyri-məhdud səlahiyyət sahibidir. Gürcüstan demokratik dövlət kimi tanınır. Amma bir nəfərin siyasi iradəsindən asılı olan Gürcüstan isə Qərbə lazım deyil. Ona görə də Qərb nümunəvi, başqalarını cəlb edə biləcək demokratiya modelinə üstünlük verə bilər. Bu mənada Gürcüstan hədəf seçilə bilər.(cebhe.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar