Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İvanişvili Azərbaycandan nə istəyir? – Qafqazda sensasia

“Gürcüstanın “boz kardinal”ı Bidzina İvanişvilinin Rusiya ilə yaxınlaşmaq siyasəti bu ölkənin Azərbaycanla əlaqələrinin korlanması fonunda həyata keçirilir. İvanişvili ilə yanaşı Prezident Salome Zurabişvili də bu siyasətə adekvat olaraq, Qərbin Cənubi Qafqazdakı enerji layihələrini sabotaj etməyə çalışır”

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, hakim Gürcü Arzusu Partiyası Rusiyanın dəstəyi ilə iqtidarda qalmağı planlaşdırır:

“Çünki İvanişvili artıq cəmiyyət arasında reytinqin olmadığını bilir, buna görə də növbəti seçkilərdə məğlub olması mümkündür. Buna görə də o, Rusiyaya arxayındır. Moskva isə İvanişvlini tam dəstəkləyir. Bir sözlə, Tiflis Kremldən gələn təlimatlarla idarə olunur.

Hazırda İvanaivili daxili etirazlara görə Qərblə əlaqələri korlamamağa çalışır. Amma bu dəfə iqtidarda qalmağı bacarsa, Qərbdən uzaqlaşmaq kursunu açıq müstəviyə keçirəcək”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Tiflisin Azərbaycanla əlaqələrə zərbə vurmaq cəhdi, Qərbin regiondakı enerji maraqlarına uyğun deyil:

“Buna görə də ABŞAvropa İttifaqı növbəti seçkilərdə İvanişvilinin məğlub olması üçün çalışacaq. Qərb yenidən Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını dəstəkləyəcək. Qərb bir neçə ildir ki, Azərbaycan və Gürcüstanı bir-birinə yaxınalaşdırmağa çalışır, nəticədə Rusiyanın bölgədəki nüfuzunu əhəmiyyətli dərəcədə azaldıb. Gürcüstan rəhbərliyinin apardığı siyasət isə regionun təhlükəsizliyini təhdid edir və Qərbin maraqlarını zərbə altında saxlayır.

Gürcüstan rəhbərliyi Azərbaycana diplomatik savaş elan edib və daxildə vəziyyəti gərginləşdirməklə gürcü cəmiyyəti daxilində anti-Azərbaycan ab-havası yaratmağa çalışır. Lakin gürcü cəmiyyəti bu təxribata getməyəcək və Azərbaycanla əlaqələrin korlanmasına göz yummayacaq.

İvanişvili Ermənistandan sonra Gürcüstanı Rusiyanın regiondakı ikinci forpostu etmək niyyətindən əl çəkmir”. (teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar