Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin seçilməsi məsələsi müzakirəyə çıxarılıb

İTV-nin Yayım Şurasına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlının və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova və İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.

Bildirilib ki, bu təşkilatlar tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, Milli Məclis tərəfindən 6 il müddətinə təsdiq edilməlidir.

Səsvermə nəticəsində İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçilib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar