Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İTV-nin aparıcısından sərt cavab: “Erməni olmaq təhqirdir“

“Mən "Sarı Gəlinəm", "Balabanam", "Yarpaq dolmasıyam", "Kababam" sizin üçün? Onları özəlləşdirməyə çalışmağınız bəs deyil, indi də məni özəlləşdirirsiniz, ay yazıqlar?”

Bu sözləri düşmənin öz aparıcısı kimi qələmə verdiyi Jalə Həsənli sosial şəbəkə hesabında yazıb:

"Zarafatsız, mənə maraqlıdır, bunların qidasına nə qatırlar? Belə düşünmək üçün nə yeyib, nə içirlər? Bunun bir adı var: Üzsüzlük. Heç nəyi olmayan bədbəxtlər, onun-bunun sərvətinə göz dikən işğalçılar... Mənim damarlarımda Azərbaycan türkünün qanı axır. Bu qanı daşımaq, azərbaycanlı olmaq bir şərəfdir, erməni olmaqsa təhqirdir. Xahiş edirəm, məni təhqir etməyin".

Qeyd edək ki, İTV-nin aparıcısı Jalə Həsənlinin bir neçə kəndimizin azad edilməsi ilə bağlı xəbərləri oxuyarkən ağlaması sosial şəbəkələrdə qısa zamanda sürətlə yayılmışdı.

Bir neçə gün sonra ermənilər aparıcının ağlayan fotosunu yerləşdirərək "Erməni aparıcı Qarabağla bağlı xəbərləri oxuyarkən kövrəlib. Aparıcı şəhidlərin məlumatını deyərkən göz yaşlarını saxlaya bilməyib" başlıqlı yazılarla yaymağa başlayıblar.

pia.az


Etiket: Jalə Həsənli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar