Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İTV gömrük komitəsini vurdu - “Azərbaycan milyonlardan məhrum edilir”

İctimai Televiziya ölkədə davam edən ciddi problemlərdən biri olan Gömrük rüsumu ilə bağlı videoreportaj hazırlayıb...

Reportajda gömrük rüsumlarının baha olması və bu səbəbdən vətəndaşların alternativ yollardan istifadəsinin ölkə büdcəsinə vurduğu zərər qabardılıb.

Əsasən avtomobil idxalından bəhs edən videoreportajda vətəndaşların Dövlət Gömrük Komitəsi tərəfindən tətbiq edilən rüsumları ödəməkdən qaçmaq üçün baş vurduqları alternativ yollar işıqlandırılıb. Belə ki, vətəndaşlar avtomobilləri özləri alsa da, rüsum ödəməmək üçün aldığı minik vasitəsini xaricdə yaşayan qohum və ya digər şəxslərin adına sənədləşdirir. Buna səbəb isə, qonşu ölkələrin daha az rüsum tələb etməsidir.

Vətəndaşlar iddia edir ki, onlar əgər Dövlət Gömrük Komitəsi tərəfindən qeydiyyata alınarsa, xaricdə aldığı avtomobilin öz dəyəri, bəzən isə bundan daha artığını ödəməli olacaqlar. Bu isə, onların büdcəsi üçün uyğun deyil.

Ekspertlərin fikrincə, bu cür hallar həm də ölkə büdcəsinə milyonlarla manat zərər deməkdir. Çünki, vətəndaşlar ölkəyə gətirdiyi avtomobil üçün heç bir rüsum ödəmir.

İndi ekspertlər təklif edir ki, ölkə büdcəsini mövcud itkilərdən qorumaq üçün gömrük rüsumları barədə yenidən qanun layihəsi hazırlanmalı və müvafiq azalmalar edilməlidir.

Gömrük rüsumunun azaldılmasına qarşı olan şəxslər isə, buna səbəb kimi avtomobil tıxacının artacağını və bunun nəqliyyatda ciddi fəsadlar törədəcəyi iddia edir. Ekspertlər bu iddiaya da cavab verərək, sözügedən tıxac və digər halların qarşısını almaq yollarının da mövcud olduğunu bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar