Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtlər koronavirusu cihazlardan tez hiss etdi, İngiltərə təlimlərə başladı – Mütəxəssis

İtlər yalnız insan ifrazatlarında deyil, havada da xüsusi qoxuları hiss edə bilirlər...

 

Bu sözləri molekulyar bioloq, biohaker Stanislav Polozov itlərin koronavirusu cihazlardan daha yaxşı hiss etməsindən danışarkən deyib. O bildirib ki, buna görə də onların köməyi ilə cihazlardan daha tez insanlarda koronavirus olub-olmadığını müəyyən etmək mümkün olacaq.

Mütəxəssisin KP.ru saytına dediyi kimi, itlər insan orqanizmində patoloji dəyişikliyi inanılmaz qoxusu olduğu üçün hiss edə bilirlər. Polozov xatırladıb ki, bu heyvanların onkoloji və metabolik dəyişikliklərin müəyyənləşdirilməsində inanılmaz nəticələr göstərdiyinə aid çoxsaylı araşdırmalar var.

"İtlər təkcə insan ifrazatlarında deyil, havada olan spesifik qoxuları da hiss edə bilirlər”, - bioloq deyib. Məsələn, 2012-ci ildə Hollandiyadan olan elm adamları, şiddətli ishal yaradan bir bakteriyanı itlərə qoxladıblar və nəticədə itin 50 nümunənin əlklisini də düz müəyyən edə bilib. Polozovun sözlərinə görə, bioloji proseslər insan orqanizmində ilk nəzərə çarpan simptomların görünməsindən, yüksək temperaturun başlanmasından əvvəl baş verir.

"İtlər iltihab virusunun simptomlara qədərki fəlaiyyətini aldıqları nəfəsdən belə hiss etçmək qabiliyyətinə malikdirlər. Yəni itlərin köməyi ilə biz cihazlardan əvvəl xəstəlik haqda məlumatlı ola bilərik", - deyə ekspert vurğulayıb.

Bununla birlikdə, Polozov əlavə edib ki, heyvanlar koronavirusun necə tapılacağını və necə müəyyənləşdirilməsini öyrənmək üçün güclü kinoloji təlim texnikasına ehtiyac var. Onun sözlərinə görə, İngiltərə artıq hava limanlarında yoluxmuş turistləri müəyyənləşdirmək üçün itlərə təlim keçməyə başlayıb.
"Fikir ekzotik görünə bilər. Ancaq indi, alimlər öz fəlaiyyətlərini davam etdirməlidirlər, çünki itlərlə bağlı nəticələri gözləmə sadəcə vaxt yoxdur", - deyən bioloq hər hansı bir qərarsızlığın minlərlə insanın həyatına başa gələcəyini qeyd edib.(qaynarinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar