Şənbə, 28 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İtaliya mətbuatında Ermənistan ordusunun Bərdəyə raket hücumuna dair məlumatlar çap olunub

İtaliyanın bir sıra kütləvi informasiya vasitələri, o cümlədən “Notizie Geopolitiche”, “Askanews”, “Agenzia Nova”, “Insideover”, “Polticamente Corretto”, “Gironale Diplomatico”, “Notize Yahoo”da Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozaraq döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyması və bunun mülki şəxslərin tələf olması və yaralanmasına səbəb olması ilə bağlı məlumatlar yayıblar.

Bu barədə APA-ya Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Məlumatlarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin baş verənlərlə bağlı açıqlamaları öz əksini tapıb, “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd azərbaycanlı mülki şəxsin, o cümlədən yeddi yaşlı qızın həlak olduğu, uşaq və qadınlar daxil olmaqla on dörd nəfərin ciddi xəsarət aldığı bildirilib.

 
Eləcə də, məlumatlarda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliya mətbuatına açıqlamalarına da geniş yer verilib. Diplomat bildirib ki, hər üç atəşkəs rejiminin elan olunmasından sonra Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini raket atəşinə məruz qoyub, ilk iki dəfə Gəncədə, indi isə Bərdədə mülki şəxsləri və uşaqları qətlə yetirib, müharibə cinayətləri törədib.

“Atəşkəsə çağırış edən ölkələr nəhayət anlamalıdırlar ki, Ermənistan sülh yox, müharibə istəyir. Anlamalıdırlar ki, Ermənistanın məqsədi Azərbaycan torpaqlarını işğal altında saxlamaqdır və bunun üçün Ermənistan nəinki bütün bölgəni, hətta dünyanı belə böyük xaosa sürükləməyə belə hazırdır”, - deyə diplomat qeyd edib.

M. Əhmədzadə vurğulayıb ki, vəziyyətdən yalnız bir çıxış yolu var. Bütün dünya ictimaiyyəti Ermənistanı sülhə məcbur etməli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etməlidir: “Təcavüzkar Ermənistanın aldadıcı yalvarışlarına, timsah göz yaşlarına inanmayın! Dünyanın Ermənistanın əsl simasını tanıması üçün daha nə qədər günahsız azərbaycanlı körpənin qanı axmalıdır? Bütün bunlardan sonra Azərbaycanın tələb etdiyi zəmanətlər olmadan atəşkəs tələb etmək Ermənistana Azərbaycan mülki əhalisini bombalamağa şərait yaratmaq deməkdir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

"İlham Əliyev Qarabağı demirəm, bir rayonu azad edəcəksə, qulağımın birini kəsəcəm" deyən tayqulaqları...

65 yaşdan yuxarı şəxslər dekabrın 13-dək evdən çıxa bilməyəcəklər

Xalq artistinin qardaşı özünü maşının altına atıb - Foto

Koronavirus xəstələrinin olduğu xəstəxanada yanğın: Ölənlər var - Foto

Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı

Müəllim dərs dediyi şagirdin qohumları tərəfindən döyüldü - Foto

Azərbaycandan Zod qızıl yatağı ilə bağlı ilk rəsmi açıqlama

Azərbaycanlı əsgər rusiyalı sülhməramlılarına dilimizi öyrədir - Video

Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay