Çərşənbə axşamı, 27 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İtaliya mətbuatı Gəncəyə edilən raket hücumlarına geniş yer verib

İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, nüfuzlu qəzetləri, televiziya kanalları, xəbər agentlikləri, o cümlədən “Rai”, “Mediaset”, “Ansa”, “Agi”, “La7”, “Il Sole 24 Ore”, “Il Giornale”, “Adnkronos”, “Notizie Tiscali”, “Notizie Yahoo”, “Occho Notizie”, “Gazzetta di Parma”, “Telenicosia”, “Politicamente Corretto”, MSN, “Quotidiano Countribuenti”, “Prima Press”, “Globus Magazine”, “La Gazetta del Mezzogiorno”, “La Nuova Sardegna”, “Quotidiano”, “Politica News”, “Altoadige”, “Inews24”, “Giornale del Trento”, “Prealpina”, “Agenia Nova”, “Corriere Quotidinao”, “La Presse”, “Unionsarda”, “Il Giornaleditalia”, “Open Online” və sair kimi mətbuat orqanları Gəncə şəhərini Ermənistanın ballistik raket atəşinə tutması haqqında məlumatlar və videoreportajlar yayımlayıblar.

Azərbaycanın İtaliyadakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, məlumatlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqına bugünkü müraciətində bu mövzu ilə bağlı fikirlərindən sitat gətirilərək baş verənlərin hərbi cinayət olduğu və Ermənistanın cavabının Azərbaycan tərəfindən döyüş meydanında verildiyi bildirilir.

Məlumatlarda, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin məlumatlarına əsasən Ermənistanın bu hərbi cinayətinin ağır nəticələri barədə danışılır, cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücumun ciddi sayda mülki insanların itkisinə səbəb olduğu, 13 şəxsin, o cümlədən 2 uşağın həyatını itirdiyi, 50-dən çox insanın ciddi yaralandığı, çoxsaylı yaşayış binalarının və geniş ərazinin dağıdıldığı, Gəncəyə atılan raketlərin SCUD/Elbrus taktiki ballistik raketlər olduğu, bunun Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini nümayiş etdirdiyi vurğulanır.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını dəyişdirdi

"Paşinyan bizə o qədər mövzu verib ki..." - Müşviq Abbasov

“Laçın dəhlizi”: Ermənilərin nəfəs aldığı keçid...

Paşinyan Ermənistanın fərarilərinə müraciət etdi

Paşinyan: "Erməni xalqı ağrılı güzəştlərə hazırdır"

Ermənistanın S-300 kompleksləri Azərbaycanın dron zərbəsindən sonra

Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - Video

"Azərbaycanda müharibədir, toy etməyimiz düzgün deyil"

Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan ordusu Zəngəzura (Sünikə) çatdı)  

“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!

loading...

Ən çox oxunanalar