Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrədə 5G əleyhinə aksiya keçirilib: "Bu, insanları şüalanma təhlükəsi il üz-üzə qoyur"

Berndə beşinci nəsil mobil əlaqə (5G) standartlarının tətbiqi əleyhinə aksiya keçirilib

Aksiyaçılar 5G-nin insanları şüalanma təhlükəsi il üz-üzə qoyduğunu bildiriblər.

Minlərlə insanın iştirak etdiyi aksiyada 5G-nin İsveçrədə tətbiqinin insan hüquqlarına qarşı cinayət olduğu bəyan edilib. 5G əleyhdarları hesab edirlər ki, bu mobil texnologiya insan sağlamlığına və ətraf mühitə ciddi mənfi təsir göstərə bilər. Eyni zamanda 5G-nin insan sağlamlığı və ətraf mühitə təsiri ilə bağlı aparılan araşdırmalar başa çatana qədər ölkədə tətbiqinə moratorium qoyulması məqsədi ilə referendum keçirilməsi üçün 100 min imza toplamağa çalışırlar. Aksiyaçılar insan sağlamlığı üçün təhlükəsiz olan fiber optik rabitənin inkişafını də tələb edirlər.

Qeyd edək ki, bu ilin fevralında İsveçrədə üç böyük mobil rabitə operatoru 5G tezliyini təqdim edib. İyulda ölkədə 334 ədəd 5G tezliyinə malik qüllə istismara verilib.

Xatırladaq ki, hazırda 5G-nin insan sağlamlığına təsiri ilə əlaqədar bir neçə araşdırma aparılır. Ümumdünya Səhiyyə Təşkilatı da radiotezliklər sahəsinin insan sağlamlığına təsiri riskinin qiymətləndirilməsinə başlandığını açıqlayıb. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar