İsveçin Malmö şəhərində əlində balta olan kişi müsəlmanları öldürəcəyi ilə hədələyib.
“Report” xəbər verir ki, o, balta ilə avtobusa minib və "Musəlmanlar hardadır? Onların hamısın doğrayacağam", - deyə qışqırmağa başlayıb.
Malmö şəhərinin Polis Departamentinin nümayəndəsi Evelina Olsson bildirib ki, o, saxlanılıb. Maraqlıdır ki, həmin şəxs əməliyyat zamanı asayiş keşikçilərini də hədələyib.
pia.az