Cümə axşamı, 22 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

İstirahət mərkəzlərində yüksək qiymətlərin iqtisadi əsasları var?  

Turizm Agentliyi qiymətlərin aşağı salınması və normallaşması üçün hansısa addımlar ata bilərmi?..

Ekspert: “Azərbaycanda turizm sahəsində korrupsiya amili də var”.

“Müvafiq strukturlardan, yerli idarəetmə orqanlarından, yaxud da hansısa nəzarət edən orqanlardan turizm sahəsində çalışan şirkətlərə təzyiqlər olur”.

Bu sözləri Regional İnkişaf Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov Azərbaycanda turizm sahəsində yüksək qiymətlərin olmasının iqtisadi səbəblərininin olub-olmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Hər il havaların istiləşməsi ilə əlaqədar ölkəmizin müxtəlif bölgələrinə istirahətə gedənlərin sayı artır. Rayonlara üz tutan insanların bir çoxu öz istirahətlərini buradakı müxtəlif istirahət mərkəzlərində, otellərdə keçirməyə üstünlük verirlər. Xüsusən tətil günlərində bölgələrdə yerləşən istirahət mərkəzlərinin, otellərin fəaliyyətində canlanma müşahidə edilir.

Amma Azərbaycanda istirahət mərkəzlərində qiymətlər hal-hazırda Gürcüstanla müqayisədə iki-üç dəfə bahadır. Gürcüstana səfər etmiş turistlər oradakı xidmətdən də çox razı qalırlar. Qiymətləri nəzərə alaraq, nəinki xarici turistlər, hətta azərbaycanlılar da öz ölkəmizdə deyil, Gürcüstanda istirahət etməyi üstün tuturlar.

Azərbaycanda turizm sahəsində qiymətləri bu qədər yüksək saxlayan hər hansı iqtisadi səbəblər varmı?

Mövzunu PİA.az-ın əməkdaşı Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov ilə müzakirə edib.

Çingiz İsmayılov: “Azərbaycanda istirahət mərkəzlərində qiyməti bu qədər yüksək saxlayan hər hansı iqtisadi səbəblər yoxdur”.

Turizm Agentliyinin özəl şirkətlərə təsir mexanizminin olmadığını vurğulayan Çingiz İsmayılov bildirib ki, Turizm Agentliyi özəl şirkətlərə nəzarət etməli və müvafiq araşdırma işləri aparmalıdır:

“Azərbaycanda istirahət mərkəzlərində qiyməti bu qədər yüksək saxlayan hər hansı iqtisadi səbəblər yoxdur. Turizm sahəsinə baxan şirkətlərin çoxu özəldir və istədikləri qiymətləri qoyurlar. Əslində bu sahədə rəqabət olmalıdır. Çünki rəqabət mühitində qiymətlər tənzimlənir. Əgər təyin edilmiş qiymətlərlə istirahət edən varsa və şirkətlər gəlir əldə edə bilirlərsə, onda demək ki, yüksək qiymət qoymaqda düz edirlər. Amma qiymətlər insanlara yüksək görünürsə və insanlar istirahət edə bilmirlərsə, demək ki, yanlışlıq var.

Həmin insanlar öz büdcələrinə uyğun olaraq başqa məkanlara üz tutacaqlar. Bu zaman da qiyməti yüksək olan turizm şirkətləri də gəlir əldə edə bilməyəcəklər. Buna görə də həmin şirkətlər məcbur qalırlar ya qiyməti aşağı salırlar, ya da bankrot olurlar.

Çingiz İsmayılov: “ Mən təklif etdim ki, qiymətləri aşağı salın və görəcəksiniz ki, burada boş yer yoxdur. Onlar da bir çox yerlərə pul ödədiklərini və ona görə də qiymətlərin elə baha olduğunu dedilər”.

Turizm Agentliyinin özəl şirkətlərə təsir mexanizmi yoxdur. Amma Turizm Agentliyi özəl şirkətlərə nəzarət etməli və müvafiq araşdırma işləri aparmalıdır.

Bir neçə il bundan əvvəl bir istirahət mərkəzi var idi. Həmin istirahət mərkəzində qiymətlər baha idi və heç kəs də istirahətə gəlmirdi. Mən orada təklif etdim ki, qiymətləri aşağı salın və görəcəksiniz ki, burada boş yer yoxdur. Onlar da bir çox yerlərə pul ödədiklərini və ona görə də qiymətlərin elə baha olduğunu dedilər.

Təbii ki, Azərbaycanda turizm sahəsində korrupsiya amili də var. Yəni müvafiq strukturlardan, yerli idarəetmə orqanlarından, yaxud da hansısa nəzarət edən orqanlardan turizm sahəsində çalışan şirkətlərə təzyiqlər olur. Buna görə də nəticə etibarı ilə Azərbaycanda turizm sahəsində qiymətlər baha olur”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...