Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində şagirdlər üçün 20 Yanvar faciəsinə həsr olunmuş açıq dərs keçirilib

Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “İstiqlala gedən yol” adlı onlayn açıq dərs təşkil edilib.

Muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Sədi Mirseyibli açıq dərsdə 1990-cı ilin 20 yanvar hadisəsi, xalqımızın istiqlal arzusu və bu yolda üzləşdiyi çətinliklər, eləcə də şəhidlər barədə məlumat verib.

Sonra muzeyin elmi işçisi Aynurə Tağıyeva 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər və 1990-cı il 20 yanvarın qəhrəmanlıq tarixi mövzusunda mühazirə oxuyub.

Məktəblilər 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiyalar nümayiş etdiriblər. Açıq dərs Bakının Nəsimi rayonundakı A.Novruzbəyli adına 46 nömrəli orta məktəbin, Xırdalan şəhər 10 nömrəli, Xəzər rayon 26 nömrəli, Şabran şəhər S.Zülfüqarov adına 3 nömrəli və R. Yusifov adına 2 nömrəli tam orta məktəbin, həmçinin Tovuz rayonundakı N.Tusi adına texniki təmayüllü məktəb-liseyin müəllim və şagirdlərinin iştirakı ilə keçirilib.

Muzeyin 20 Yanvar faciəsinə həsr edilən daimi guşəsinə şagirdlər üçün ekskursiya da təşkil olunub.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar