19 oktyabr 2021 – ci ildə Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “QƏHRƏMANLAR CAN VERİR, YURDU YAŞATMAQ ÜÇÜN” silsilə tədbirlər çərçivəsində tədbir – sərgi keçirilib.
Layihənin ilk sərgisində Vətən Müharibəsi Qəhrəmanı polkovnik – leytenant Orxan Əkbərov, Vətən müharibəsi şəhidləri kapitanlar Arzu İsgəndərov və Samid Əsgərovun şəxsi əşyaları nümayiş etdirilib.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, ASQ-nin ehtiyatda olan polkovniki Şair Ramaldanov, şəhid kapitan Arzu İsgəndərovun qardaşı Vətən müharibəsi iştirakcısı qazi Amil İsgəndərov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Orxan Əkbərovun əmisi Yusif Əkbərov, şəhid kapitan Samid Əsgərovun anası Sevinc Əsgərova və şəhidin döyüş yoldaşı gizir Amil Əbilov çıxış edib.
Sonda Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun qızı atasıyla bağlı təəsüratlarını bölüşdü. Tədbirin sonunda şəhidlərə məxsus hərbi geyimlər,döyüş yolunu əks etdirən fotolar və digər şəxsi əşyalar sərgilənir. Sərgi 19-23 oktyabr tarixlərində açıq olacaq.
Tədbirdə Şəhid ailələri, DSX Akademiyasının kursantları, Nizami rayonu 10 saylı tam orta məktəbin müəllim, şagirdləri və digər qonaqlar iştirak etdilər.
Fotolar
pia.az