Bazar ertəsi, 18 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İstiqlal Marşını oxuyub 1 milyon qazandı – Video

Türkiyənin ATV telekanalında yayımlanan “Kim Milyoner Olmak İster?” proqramında 19 yaşlı Arda Ayten adlı iştirakçı 1 milyon türk lirəsini qazanmağa müvəffəq olub

Burada diqqət çəkən məqam isə Ardaya ünvanlanan sonuncu sual olub. Ondan Türkiyənin İstiqlal Marşında (dövlət himni) təklif olunan dörd cavabdakı sözlərdən (“Vətən”, “qan”, “torpaq”, “yurd”) hansının digərlərindən daha az istifadə olunduğu soruşulub.

Bu suala doğru cavab vermək üçün 19 yaşlı iştirakçı İstiqlal Marşını əzbərdən söyləyib və doğru cavabı tapıb. 1 milyon türk lirəsini qazanan gənc sevinc göz yaşlarına boğulub.

Qeyd edək ki, İstiqlal Marşının sözləri Məhməd Akif Ərsoya, musiqisi isə Osman Zəki Üngörə məxsusdur. (qafqazinfo.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar