Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstefaya göndərilmiş Heydər Əliyev SSRİ Ali Sovetinin iclasında Rəşid Behbudova nə deyib?

Azərbaycanlı deputatlar ona yaxınlaşmağa qorxurmuşlar...

SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Fazil Rəhmanzadə çap etdirdiyi “Bu isimdə bir can” kitabında Azərbaycanın və SSRİ-nin məşhur müğənnisi Rəşid Behbudovla bağlı yazdığı məqaləsində maraqı bir detala toxunub.

R.Behbudovun həyat yoldaşı Ceyran xanım 1999-cu ildə verdiyi müsahibəsində deyib ki, SSRİ Ali Sovetinin iclasında Azərbaycan nümayəndə heyətindən heç kim iclasda iştirak edən mərhum Heydər Əliyevə yaxınlaşmır. Mərhum Rəşid Behbudov Heydər Əliyevə yaxınlaşır, öpüşüb görüşürlər. Heydər Əliyev Rəşiddən soruşur: “Nə əcəb mənə yaxınlaşdın. Axı indi hamı məndən qaçır. Salam verməyə belə cəsarət etmirlər…”

Maraqlıdır ki, Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan getməsindən sonra onun SSRİ-nin ictimai həyatında iştirakı ilə bağlı az məlumat var. Mərhum prezidentin təqaüdçü həyatı sürməsi yazılarda daha çox vurğulanır.

… Halbuki mərhum prezident Heydər Əliyev 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.

Azpost.info bildirir ki, XI-ci çağırış SSRİ Ali Sovetinə seçkilər 1984-cü ildə keçirilib. Azərbaycanı orada 61 deputat təmsil edib. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan Heydər Əliyev məhz Azərbaycandan deputat mandatı alıb.

Azərbaycan nümayəndə heyətinin tərkibi də çox maraqlıdır: SSRİ Ali Sovetinə Naxçıvandan 10 deputat seçilib, onlardan biri rus olub. Dağlıq Qarabağ Muxtar Vilayətindən isə 5 deputat seçilib, onlardan 3-ü erməni, 2-si azərbaycanlı olub. Bunlar Lidiya Rəsulova və Süleyman Tatlıyevdir.

Tanınmışlar sırasında SSRİ xalq artisti, drijor Niyazi, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, xalq yazıçısı Mirzə İbrahimov da deputat mandatı alıblar.

Bunlardan başqa Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, DQMV-in rəhbəri Boris Gevorkov, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yüsifzadə, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov, Həsən Seyidov SSRİ Ai Sovetində deputat kimi Azərbaycanı təmsil ediblər.

Tale elə gətirib ki, bu tərkib SSRİ-də başlanan böyük dəyişikliklər dövründə işləməli olublar. Mixail Qorbaçov tərəfindən SSRİ-də elan edilmiş Yenidənqurma siyasəti bütün köhnə idarəçilk sistemini tərpətdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılanda SSRİ Ali Sovetinin bu tərkibi mövcud idi. Görünür, H. Əliyevə qarşı başlanmış təqib kampaniyası Azərbaycandan olan deputat korpusunu özlərinin keçmiş rəhbərinə qarşı mövqeyini dəyişməyə vadar edib.

Bundan başqa, 1988-ci ildə Dağlıq Qarabağa qarşı ərazi iddiaları başlanarkən bu 62 nəfərlik Azərbaycan deputat qrupunun Moskvada hansı mövqe tutması da aydın deyil. Bu deputatlar, nədənsə, Mərkəzi hakimiyyətin tənqidində maraqlı olmayıblar.

Azərbaycanı təmsil edən Heydər Əliyevə SSRİ xalq deputatları tərəfindən soyuq münasibət isə o dovrün mühitini aydın göstərən barometridr.

Azpost.info XI-ci çağırış SSRİ Ali Sovetinə seçilmiş Azərbaycanlı deputatların tam siyahısını tapa bilib.

Siyahını oxuculara təqdim edirik:

Abbasov Qurban Qulu o]lu – Naxçıvan MSSR Millətlər Sovetindən
Abasova Lətifə Bilal
Abdullayeva Yeganə Güləli
Əbdurrəhmanova Mətanət Əhməd
Əliyev Əli Nağı – Millətlər Sovetindən
Əliyev Heydər – Millətlər Sovetindən
Əliyev İsa – Naxçıvan
Əliyev Şənlik Müslüm
Əliyeva Zibar Süleyman qızı
Əliyeva Minayə Mirzəbala qızı
Əliyeva Həvva Xəlil – Naxçıvan
Allahverdiyeva Minayə Qurban
Arbatov Georgi Arkadeviç
Bağırlı Ramiz
Bağırov Kamran
Bağırov Oktay
Baybakov Nikolay
Balayan Vazgen – DQMV
Baruşeva Lyubov
Behbudov Rəşid – Naxçıvan MSSR
Brexov Konstantin
Buqayev Boris
Həsənova Gövhər
Həsənova Xanımcan
Həsənova Şamama
Qasımov Famil
Qurbanova Nailə
Hüseynov Adil
İbrahimov Hüseyn
İbrahimov Mirzə
İmralıyev Sərdar
Qasımova Sünbül
Gevorkov Boris
Konovalov Vasili
Kutaxov Pavel
Mailov Afiq
Mayorets Anatoli
Məmmədov Rafiq – Naxçıvan
Məmmədova Venera – Naxçıvan
Məmmədova Nargilə
41.Mamunts Samvel – DQMV

Medvdeyev Vadim
Müzəffərov Sabir
Musayev Fuad
Musayeva Tərlan
Muxtarov Lətif
Nuriyeva Nərgiz
48.Orbelyan Sayda

Popkov Mixail – Naxçıvan
Rəsulova Lidiya
Sadıqova Nəzakət
Salayev Eldar
Səmədova Qönçə
Seyidov Həsən
Subotin Aleksandr – Naxçıvan
Tağızadə-Hacıbəyov Niyazi
Tahirov Həsən –Naxçıvan
Tatlıyev Süleyman
Xəlilov Qurban
Xəlilova Şüküfə
Yüsifzadə Ziya – Naxçıvan

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar