Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulun ikinci “fəthi”

Kritik seçki mübarizəsi bitir; Yıldırım, yoxsa İmamoğlu ilə yola davam?

Dünyanın diqqəti İstanbuldadır. Martın 31-də keçirilən bələdiyyə seçkilərindən sonra nəticələri ləğv olunan Türkiyənin ən böyük şəhərində təkrar seçki keçiril. Səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da başladı və 17.00-da (Bakı vaxtı ilə saat 09.00-18.00) başa çatacaq. İstanbulun 39 rayonundan 10 milyon 560 min 963 nəfər səsvermə hüququna malikdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsvermə hüququndan istifadə edib. “Qafqazinfo xəbər verir ki, prezident İstanbul bələdiyyə sədri seçkilərində səsini Üsküdarda verib. Ərdoğan səsvermədən sonra ilk açıqlamasında deyib: “Bu gün İstanbulumuzda bu seçkini reallaşdırırıq. Təmənnam odur ki, İstanbulun gələcəyinə dinamizm və Ankara-İstanbul bütövləşməsi ilə bir dönəmin gətirilməsi faydalı olacaq. Bu baxımdan seçicilər İstanbulla bağlı ən doğru qərarı verəcək. Hamımıza xeyirli olsun”.

Ərdoğan seçkilərlə əlaqədar yollarda tıxacın yaranması ilə bağlı suala isə “Mən də o tıxacda qaldım” cavabını verib.

B.Yıldırım da səsvermə hüququndan yararlanıb. Virtualaz.org yerli KİV-ə istinadən verdiyi məlumata görə, o, səs verəndən sonra jurnalistlərin suallarını cavablandırıb. “Səs verdik. Vətəndaşlıq vəzifəmizi yerinə yetirdik. İnşallah, bu gün səsvermə müddəti başa çatdıqdan sonra səslər sayılacaq və istanbullular gələcək 5 il ərzində şəhərə kimin rəhbərlik edəcəyinə qərar verəcəklər. İstanbul əhalisinin verdiyi qərarın başımız üstündə yeri var. Ən doğru qərarı verəcəklərinə inanıram. Mayın 6-dan etibarən kampaniyamız gedir, lahiyələrimizi, vədlərimizi təqdim etmişik. Bir danışdıq, iki dinlədik. Bu gün danışmaq növbəsi seçiçilərindir. Bu gün küsülükləri geridə qoyub, gələcəyə köklənmə zamanıdır deyə düşünürəm. Bilərək, bilməyərək səhv etmişiksə, halallıq istəyirəm”, - deyə Yıldırım bildirib.

Ə.İmamoğlu isə səsvermədən sonra seçkidən yaxşı nəticələr gözlədiyini söyləyib. O, rəqibinin “Əgər bir istanbullu qardaşımıza, rəqiblərə qarşı hər hansı səhv hərəkət, haqsızlıq etmişiksə, halalıq istəyirəm” deməsinə də münasibət bildirib: “Əlbəttə, hər kəs haqqını halal etsin. Amma bundan sonra eyni səhvləri etməyək”.

Daha sonra Ə.İmamoğlu qeyd edib: “Millət olaraq bizə yaşadılan bu hüquqsuz prosesi təmir etmə saatlarını yaşayırıq. Həm demokratiyamız, həm İstanbul adına, həm də məmləkətimizdəki bütün seçkilərin legitimliyi üçün bu gün xalqımız vicdanla qərar verəcək. Günün sonunda hər şey gözəl olacaq. Çox gözəl bir nəticə gözləyirəm”.

Seçkiləri və seçkiyə qədər olan dönəmi İstanbulda yaşayan azərbaycanlı politoloq Ramiyə Məmmədova ilə dəyərləndirdik: “Bilirsiniz ki, Türkiyə bir aydır bu seçkilərə hazırlaşırdı. Seçkilərin ilk dəfə nəticələri ləğv olunandan sonra iki tur təyin olunmuşdu. Bu seçkilərlə əlaqədar çox böyük təbliğat getdi. Biz də buna şahidlik etdik. Təbliğat dönəmində çox genişmiqyaslı mitinqlər keçirildi. Bu mitinqlərə cəmiyyət tərəfindən ciddi maraq oldu, çoxsaylı insanlar qatıldılar. Binəli Yıldırımla Əkrəm İmamoğlunun seçki kampaniyası böyük təlatümlərlə keçdi. Bildiyiniz kimi, Binəli Yıldırımı əsas dəstəkləyən Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan idi. Ona dəstək olaraq seçki mitinqlərində çıxış etdi.

Ramiyə Məmmədova

Telekanallarda da seçki ilə bağlı müsahibələr verirdi, Binəli Yıldırıma dəstək üçün. Belə demək mümkündür ki, Binəli Yıldırımın seçki kampaniyasını Ərdoğan özü apardı. Əkrəm İmamoğlunun seçki kampaniyasında isə onun özü daha fəal idi, mitinqlərdə özü daha çox iştirak edirdi. Təbii ki, ona da böyük dəstək var idi. Ona dəstək ilk seçkilərdə daha çox İmamoğluna səs verən HDP-dən də gəlirdi. Türkiyədə seçkilərin nəticələrini əvvəlcədən demək çox çətin məsələdir. Çünki buradakı cəmiyyətdə fikir formalaşması digər ölkələrdən, o cümlədən, Azərbaycandan çox-çox fərqlidir. Məsələn, Azərbaycanda seçkiyə gedən seçici bilir ki, kimə səs verəcək. Burada seçici dünənə qədər birinə səs verəcəyini dediyi halda görürsən ki, başqasına səs verib. Seçki gününə qədər sosial anketlərdə İmamoğlunun şansı daha böyük idi. Lakin onun şansı böyük olmasına baxmayaraq, qəfil kürd məsələsi üzə çıxdı. Kürdlərin kimə səs verəcəyi seçki gününə az müddət qalanda daha çox müzakirə mövzularına çevrildi. Çünki ilk seçkilərdə İmamoğluna kürd toplumundan gələn səslər kifayət qədər böyük idi. Ona görə də gözlənilməz şəkildə bir çox yerlərdə o önə çıxdı. Bir neçə gün bundan öncə kürdlərin lideri Abdulla Öcalan həbsxanadan bəyanat verdi. Eyni gündə də Ərdoğan canlı yayıma çıxaraq, kürd toplumuna, təmsilçilərinə səsləndi ki, ya bitərəf qalsınlar, ya da seçkinin doğru istiqamətdə getməsi üçün düz səsverməyə çalışsınlar. Ondan sonra Öcalan verdiyi bəyanatda kürdləri bitərəf qalmağa səslədi. Onun bu bəyanatından saatlar sonra vəkilləri açıqlama yaydılar ki, Öcalan belə bir bəyanat verməyib”.

Politoloq seçki gününə qədər sorğularda hər iki namizədin bərabər getdiyini də söylədi: “Hər iki namizədin bələdiyyə başqanı olmaq şansları daim böyük göründü. Onların hər birinin böyük dəstəkçiləri var idi. Türkiyə cəmiyyəti daha çox sağçılara və solçulara bölündüyü üçün iki namizədin də şansları azalmadı. Kürdlərin verəcəyi səslər CHP üçün mühüm rol oynayacaq, bəlkə də seçkilərin bəlkə də taleyini həll edəcək”.

R.Məmmədova seçki başlayan kimi yolların bağlandığını qeyd etdi: “Yolların bağlanmasının səbəbləri var idi. Rayonlardan, şəhərlərdən hər kəs İstanbula axışırdı. Dövlət buna böyük şərait yaratdı ki, insanlar rahat şəkildə gəlib səs verə bilsinlər. Bilirsiniz ki, ilk turda rayonlardan gələ bilməyən seçicilərin yerlərinə başqalarının səs verdiyi yönündə ittihamlar səslənirdi. Ona görə dövlət tərəfindən avtomobillər təşkil olundu. Hazırda seçki prosesini canlı şəkildə izləyirik. Bir çox dövlət adamları səs verdilər. Hər kəsə ilk ünvanlanan sual kimə səs verəcəyi, yaxud verdiyi yönündədir. Müşahidələrimiz də onu göstərir ki, İmamoğlu və Yıldırımın şansları 50-50-yə gedir. Seçici fəallığı da ən yüksək səviyyədədir. Hər yerdə növbələr var”.(“Yeni Müsavat”)

pia.az


Etiket: Kritik seçki

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar