Çərşənbə, 20 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İstanbulda “Zəfər” fotosərgisi açıldı - Fotolar

İstanbulda Azərbaycan "İslahatçı Gənclər” İctimai Birliyi və Türkiyə Gənclər Birliyinin birgə təşkilatçılığı ilə "Divan Hotel”də Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü və Azərbaycanın Qarabağdakı qazandığı böyük qələbənin birinci ildönümünə həsr edilmiş "Zəfər” foto sərgisi açılıb.

Sərgidə Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini, müharibə dövründə Ermənistanın mülki əhaliyə qarşı törətdiyi terror hücumlarını, Azərbaycan-Türkiyə qardaşlığını və böyük zəfərdən sonra Qarabağda başlanan böyük yenidənqurma işlərini əks etdirən fotolar nümayiş etdirilib.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın İstanbul Konsulu Zaur Allahverdi-zadə, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyə Gənclər Birliyinin sədri Dilək Çinar Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda qazandığı böyük zəfərdən, Ordumuzun rəşadətindən və xalqımızın həmrəyliyindən bəhs ediblər. Natiqlər qeyd edib ki, tarixin bütün mərhələlərində Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bütün dünyaya nümunə olub. Bildirilib ki, hazırda işğaldan azad edilən torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalanır.

Çıxış edənlər Vətən Müharibəsindəki böyük qələbədən sonra Azərbaycan və Türkiyə gəncliyi qarşısında böyük vəzifələrin dayandığını və iki qardaş ölkə gəncliyinin birgə fəaliyyətinin zəruri olduğunu qeyd ediblər.

Sərgi günün sonunadək davam edib və çox sayda gənc tərəfindən ziyarət edilib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycanın REB cihazları İranın təlimlərini burnundan gətirib? - SEPAH təlimləri niyə yarıda saxladı?..

Azərbaycanın İrana narkotik ittihamı və alınan cavab... - Özünü geosiyasi dalana soxan Tehran geri addım atır?

İnstitutdan intihara cəhd edən əməkdaş haqqında açıqlama - Yenilənib

Saxlanılan beş erməni İrəvana təhvil verilir - Foto

Putindən müsahibə alan xanım aparıcıya reaksiya: “Ayaqları ilə nə edir?”

Sənay Qəhrəmanlıya təcavüz edən oğlan saxlanıldı - Foto

“Bu hakimiyyət ləyaqətlə getmək şansını əldən verdi”

İsrail İrana hücum hazırlıqları üçün 1.5 milyard dollar büdcə ayırdı - Unikal silahlar alınacaq

Əmək pensiyalarının hansı halda yenidən hesablanacağı müəyyənləşib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay