Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda"Xocalıya ədalət aksiyası - Fotolar

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulda keçirilən "Şam işığında Xocalıya ədalət" yürüşündə bu soyqırımı aktına siyasi və hüquqi qiymətin verilməsi, eləcə də bu qanlı hadisəni törədənlərin layiqincə cəzalandırılması tələb olunub...

PİA.az Azərtac-a istinadən xəbər verir ki, tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) tərəfindən təşkil olunub.

Yürüş şəhərin tarixi bölgələrindən olan Kadıköy rayonunun Bahariyyə prospekti boyunca davam edib. Eyni bölgədə yerləşən Sürəyya Operasının qarşısında toplanan yürüş iştirakçıları tərəfindən Xocalı soyqırımına siyasi və hüquqi qiymətin verilməsi istiqamətində bəyanat səsləndirilib.

Tədbirdə çıxış edən İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu bildirib ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir. Bu səbəbdən Xocalıya ədalət üçün bütün dünya Azərbaycanı tam dəstəkləməlidir: "Təəssüflər olsun ki, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir və beynəlxalq təşkilatların işğal olunmuş Azərbaycan torpaqlarından çıxması ilə bağlı verdiyi qərarlara məhəl qoymur. Erməni silahlı qüvvələri hələ də Azərbaycan torpaqlarını işğaldan azad etmək istəmir. Xocalı kimi dəhşətli bir soyqırımı aktını törətdiklərinə baxmayaraq, Türkiyəyə qarşı əsassız soyqırımı iddiaları irəli sürən ermənilər özlərini dünyaya məzlum xalq kimi təqdim edirlər, lakin dünyanın gözü qarşısında baş vermiş bu soyqırımı aktını törədən məhz həmin ermənilərdir. Bu qanlı hadisəni törədənlərin cəzasız qalması bütün bəşəriyyətə qarşı cinayətdir".

ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, son iki əsr ərzində ermənilər zaman-zaman türklərə, eyni zamanda azərbaycanlılara qarşı amansız terror və soyqırımı aktları həyata keçirib, yaşayış bölgələrində etnik təmizləmə siyasəti aparıblar. Qeyd edilib ki, ermənilərin apardıqları bu etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini ötən son iki əsr ərzində milyonlarla müsəlman öz üzərlərində hiss ediblər.

Digər çıxış edənlər erməni yalanlarına və onların işğalçılıq siyasətinə qarşı mübarizə aparmaq üçün qardaşlıq bağlarının daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu gün dünyanın əsas meqapolislərindən biri olan İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi hər şeydən əvvəl qardaşlıq borcudur.

Yürüş boyu "Xocalıya ədalət", "Qarabağ Azərbaycan torpağıdır", "İşğalı dayandır!", "Ermənistan işğal etdiyin torpaqları azad et" kimi şüarlar səsləndirilib.

Sürəyya Operasının qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb.

Yürüşdə ictimaiyyət nümayəndələri, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, türkdilli xalqların ictimai birliklərinin əməkdaşları, yerli əhali və media nümayəndələri iştirak ediblər.

pia.az


Etiket: İstanbul Xocalı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar