Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda böyük zəlzələ gözlənilir - Professordan xəbərdarlıq

Türkiyənin İstanbul bölgəsində zəlzələ gözlənilir

“Yeni Sabah” Türkiyə KİV-nə istinadən məlumat verir ki, Potsdam Geoloji Araşdırmalar Mərkəzinin mütəxəssisi, alman seysmoloq professor Marco Bohnhoff bu mövzuda danışarkən bildirib ki, İstanbulda irimiqyaslı zəlzələ təhlükəsi yüksəkdir.

Onun sözlərinə görə, hər keçən gün İstanbul üçün zəlzələ təhlükəsi artır. “Məsələ zəlzələnin baş verib-verməyəcəyi deyil, nə zaman baş verəcəyidir”, - deyə alman sesymoloq bildirib.

Bohnhoff əlavə edib ki, gözlənilən zəlzələ 7-7.4 bal civarında ola bilər. “Zəlzələnin harada baş verəcəyini tektonik təkanların hüdudlarını bildiyimiz üçün əvvəldən müəyyən edə bilirik” deyən alman seysmoloqun sözlərinə görə, təbii fəlakət İstanbuldan sadəcə 20 kilometr aralıda, Mərmərə dənizində baş verəcək.

Bohnhoff həmçinin qeyd edib ki, sunami təhlükəsi də var. Lakin bu Sumatra, yaxud da Yaponiyada baş verənlərin təkrarı olmayacaq.

Pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar