Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbulda azərbaycanlı gənc öldü: Meyiti MHP qərargahının üstünə düşdü

İstanbulda azərbaycanlı gənc faciəli şəkildə həlak olub

Türkiyə KİV-ləri xəbər verir ki, İstanbulun Fatih bölgəsində beşmərtəbəli biznes mərkəzində fiberobtik kabel çəkərkən 22 yaşlı Azərbaycan vətəndaşını elektrik vurub. Hadisə Akşemsettin məhəlləsi, Akdeniz küçəsində baş verib.

Rüfət Fərhadov adlı gənc kabel çəkərkən binanın giriş hissəsində yer alan beton artırmada elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində ölüb. Onun iş yoldaşları hadisə barədə polisə və təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə gələn tibb personalı gəncin keçindiyini təsbit edib.

Polis beton artırmanın üstünə düşən cəsədin götürülməsi üçün yanğınsöndürənlərdən kömək istəyib. Hadisə yerinə gələn yanğınsöndürən briqadası nərdivan maşınına taxdıqları aparatın köməyi ilə beton artırmanın üstünə düşən cəsədi götürüblər. Hadisə yerindən çəkilən kadrlara əsasən həmin beton artırma MHP-nin Fatih rayonu üzrə yerli şöbəsinin qərargahının üstündədir.

Azərbaycanlı gəncin yaxınları da hadisə yerinə gəlib və onun faciəli ölümünü eşidəndə şok keçiriblər, kadrlara əsasən gəncin anası olduğu təxmin edilən qadın fəryad edir və təcili yardım briqadası ona yardım etməyə çalışır.

Meyit cənazə maşınına qoyularaq məhkəmə-tibbi anatomiya mərkəzinə aparılıb. (Virtualaz.org)

pia.az


Etiket: hadisə İstanbul

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar