Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbul yenə "İMAMOĞLU" deyir

Rəy sorğuları AKP-ni maraqlı nəticələrlə üz-üzə qoyub

Təəssüf ki, Türkiyənin siyasi gündəmində çox böyük gərginliyə səbəb olan təkrar seçki mövzusu ölkənin maliyyə və iqtisadi problemlərinin həlli kimi çox əhəmiyyətli məsələləri kölgədə qoymaqdadır. Bu səbəbdən əksər tanınmış siyasətçilər və siyasi müşahidəçilər öz çıxışlarında bu məsələnin bir an öncə bitməsini və Türkiyə hakimiyyətinin, nəhayət, normal həyata qayıdaraq, ölkənin sosial-iqtisadi problemlərinin həllilə məşğul olmasını istədiklərini bildirirlər.

Məsələ o yerə çatıb ki, bəzi müxalif siyasətçilər hakim partiyanı İstanbulda yaşayan kürdlərin səsini qazanmaq üçün hətta Abdulla Öcalana və Səlahəddin Dəmirtaşa yönəlik siyasi jestlərə əl atmaqda ittiham edirlər. Eyni ittihamlar qarşı tərəfdən də səsləndirilir. Belə ki, 31 martda keçirilən seçkidə kürd əsilli seçicilərin böyük əksəriyyəti məhz Əkrəm İmamoğluna səs vermişdilər. İndi isə görünən odur ki, AKP vəziyyəti dəyişməyə çalışır, partiyanın bu istiqamətdə atdığı addımlar isə heç də birmənalı qarşılanmır. Ancaq hər iki tərəf etiraf edir ki, kürd əsilli seçicilərin səsləri qalibin müəyyən edilməsində olduqca əhəmiyyətli rol oynayacaq.

AKP-yə yaxın sorğu mərkəzi də “İmamoğlu” deyir

Bununla yanaşı, nəticəyə təsir edən digər əhəmiyyətli məsələlər də var. Sosioloqlar bildirirlər ki, namizədlərin şəxsi keyfiyyətləri, kütləyə müraciəti, insanlarla ünsiyyət formaları və digər məqamlar həlledici olacaq. Çünki İstanbulda AKP və müxalifət partiyalarının elektoratının sayı demək olar ki, bəllidir. Lakin namizədlərin şəxsi keyfiyyətləri seçicilərin öz partiyalarının deyil, rəqib partiyanın namizədinə səs verəcək qədər təsirli ola bilər. Elə 31 martda keçirilən və sonradan qalmaqallı şəkildə nəticələri ləğv olunan seçki də bunu isbat etdi.

İstanbulun bələdiyyə başçısının müəyyən edilməsinə bir aydan da az vaxt qaldığı indiki dönəmdə Türkiyənin ən məşhur sosial sorğu mərkəzləri öz araşdırmalarının və keçirdikləri sorğuların nəticələrini açıqlayıbar. “AzPolitika.info”nun Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, nəticələrdə şəxsi keyfiyyətləri və seçici simpatiyası məsələsində CHP-nin namizədi Əkrəm İmamoğlunun AKP-nin “ağır topu” olan Binəli Yıldırımı qabaqladığı müşahidə olunur. Hətta AKP-yə yaxınlığı ilə tanınan bəzi məşhur reytinq şirkətləri belə, İmamoğlunun Yıldırımı üstələdiyini bildirirlər. Doğrudur, müstəqil sorğu şirkətləri İmamoğlunun sabiq baş naziri 4-5 faizlik səs fərqi ilə qabaqladığını bildirirlərsə, məsələn, hakim partiyaya yaxın olduğu deyilən “MAK Danışmanlık Araştırma”-ya görə, CHP-nin namizədi cəmi 2 faizlik üstünlüklə öndədir.

“MAK”-ın açıqladığı sorğu nəticələrinə görə, seçicilərin 50.3 faizi İmamoğluna, 48.2 faizi isə Binəli Yıldırıma səs verməyə hazırlaşır. Ancaq məsələn, digər nüfuzlu sorğu şirkəti olan “Optimar” İmamoğluna 52, Yıldırıma isə 48 faiz səs veriləcəyini proqnozlaşdırır. Onu da qeyd edək ki, həmin bu şirkətlər birinci turdan, yəni 31 mart seçkisindən əvvəl Yıldırımın qalib gələcəyini proqnozlaşdırırdılar.

“MAK”-ın sorğusu təkcə seçicilərin birbaşa olaraq İstanbulda hansı namizədə səs verəcəklərilə bağlı olmayıb. Məsələn, partiyalarla əlaqədar sorğunun nəticələrinə görə, İstanbulda seçicilərin 40 faizi AKP-yə, 28 faizi isə CHP-yə səs verməyə hazır olduqlarını bildiriblər. MHP və İYİ Partiyalarının hərəsinə 8, HDP-yə isə 11 faiz seçici səs verməyə hazırdır. Göründüyü kimi, partiya olaraq AKP CHP-ni üstələsə də, bələdiyyə başçısına namizəd sarıdan ortaya fərqli nəticə çıxır. Bu o deməkdir ki, İmamoğluna səs verənlər arasında AKP elektoratı da var. Hətta MHP-lilərin də bir qisminin İmamoğlunu dəstəklədiyi bildirilir.

Seçicilərin 13 faizi fikrini dəyişib

Sorğu digər bir maraqlı məqamı da ortaya çıxarıb. Nəticələr göstərir ki, birinci turda səs verənlərin 13 faizi ikinci turda artıq digər namizədə səs verməyə hazırlaşır. Bu, vəziyyəti bir qədər də qarışdırır və müşahidəçilər fikrini dəyişən seçicilərin məhz Yıldırıma səs vermiş AKP-lilər olduğu qənaətindədirlər. Belə ki, paralel olaraq, Türkiyə MSK-sının 31 mart seçkisinin nəticələrinin ləğvinə dair qərarına münasibət bildirən seçicilərin böyük əksəriyyəti bu qərarı ədalətsiz hesab ediblər. Rəyi soruşulanların yalnız 43 faizi qərara haqq qazandırıblar.

Bir daha xatırladaq ki, barəsində söz açdığımız sorğunu aparan şirkət AKP-yə yaxın biri kimi tanınır. Həmin mərkəzin namizədlərin imicilə bağlı sorğusuna cavab olaraq isə seçicilərin 45 faizi İmamoğlunu, yalnız 38 faizi Yıldırımı bəyəndiklərini bildiriblər.

Müstəqil müşahidəçilər isə qeyd edirlər ki, iyunun 23-də keçiriləcək seçkidə birinci turda seçki məntəqələrinə getməyən vətəndaşların verəcəyi səslər böyük önəm daşıyacaq. Hansı namizəd həmin seçiciləri “sandıq başına” gətirə bilsə, seçkini də o qazanacaq. Qeyd olunur ki, birinci turda iştirak etməyən seçicinin təxminən yarısı AKP yönlü olsa da, bu adamlar əsasən hakimiyyətin sosial-iqtisadi siyasətindən incik düşənlərdir. Bu səbəbdən onların seçkiyə qatılacağı təqdirdə belə, Yıldırıma səs verəcəyi inandırıcı görünmür.

Digər əhəmiyyətli məqam isə kütlə psixologiyasının oynayacağı rolla bağlıdır. Belə ki, sosioloqlar xüsusilə Türkiyə kimi cəmiyyətlərdə insanların hər zaman haqqı tapdananın yanında olmağa çalışdığını bildirirlər. Bu məsələdə isə 31 martda faktiki olaraq, bütün yenidən hesablamalara və müdaxilələrə rəğmən 13 min səslik üstünlüklə qalib gələn İmamoğlu haqqı tapdanmış sayılır. Ona görə də, hətta birinci turda Yıldırıma səs verənlərin belə bir qisminin İmamoğlunu seçəcəyi gözlənilir. Bütün bunları nəzərə alan müşahidəçilər ikinci turda İmamoğlunun öz rəqibini artıq 13 min deyil, bundan 10 dəfələrlə artıq fərqlə üstələyəcəyini düşünürlər.

Anadolu türkcəsində vəzifə sözü “məqam” olaraq da işlədilir. Görünən odur ki, İmamoğlunun şəxsi keyfiyyətləri və imici təmsil olunduğu CHP-nin xeyli üzərindədir və özünə məxsus olan “Hər şey gözəl olacaq” şüarı doğrudan da onu İstanbulun bələdiyyə başçısı “məqamına” və hətta daha irəlilərə apara biləcək…(“AzPolitika”)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar