Bazar, 09 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İstanbul Hava limanında koronavirus test mərkəzi yaradılıb - Nəticələr 2 saata çıxır...

Koronavirusla mübarizə üçün görülən tədbirlər çərçivəsində İstanbul Hava Limanında koronavirus test mərkəzi yaradılıb...

“Slot Haber” qəzeti, Türkiyə, 1 iyul 2020-ci il

İstanbul Hava Limanında xaricdən gələn və xaricə gedən sərnişinlər üçün koronavirus testi keçirmək məqsədilə test mərkəzi qurulub. Sərnişinlərdən götürülmüş nümunələr terminaldakı laboratoriyalarda müayinə ediləcək və nəticələr 2 saat ərzində sərnişinə çatdırılacaq.

Gələn və gedən sərnişinlər beynəlxalq terminalın 2 fərqli hissəsində ümumilikdə 5 min kvadratmetr ərazidə istifadəyə verilmiş test mərkəzində PCR testindən keçə biləcəklər.

Mərkəzdə, eyni zamanda, sərnişilərin boğaz və burun nahiyələrindən alınan nümunələr burada yerləşən laboratoriyada emal ediləcək və nəticələr tez bir zamanda hər bir sərnişinə çatdırılacaq.

Nəticələr 2 saat ərzində sərnişinə bildiriləcək

Test nəticələri 2 saata çıxacaq və qiyməti 110 lirə olacaq. Nəticələr elektron poçtla türkcə və ingiliscə göndərilə və ya çap olunmuş şəkildə verilə bilər.

Həm xaricə gedən, həm də xaricdən Türkiyəyə daxil olan insanlar bu test mərkəzindən faydalana biləcəklər.

İGA Əməliyyatlara Nəzarət Mərkəzinin direktoru Fatih Mere jurnalistlərə verdiyi açıqlamada beynəlxalq xətlərdə 2 fərqli nöqtədə qurulan və ümumi sahəsi 5 min kvadrat metr olan test mərkəzinin gündə 40 min test tutumuna sahib olduğunu bildirib.

Nümunələr İstanbul Hava Limanındakı laboratoriyada yoxlanılacaq

Test mərkəzi haqqında ətraflı məlumat verən Mere deyir:

“Bu mərkəz Səhiyyə Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin tələblərinə uyğun olaraq, İstanbul Hava Limanında xaricdən gələn və ya xaricə gedənlər içində PCR testi etdirmək istəyən sərnişinlər üçün qurulub. 50 ədəd nümunə kabinetimiz var. 1 saat 2 min test düşür. Yəni 24 saatda 38-40 min test edilə bilər. Türkiyədəki digər heç bir hava limanında laboratoriya quraşdırılmayıb. Sərnişinlərin verdiyi nümunələr heç bir xəstəxanaya göndərilməyəcək, elə burada yaradılan laboratoriyalarda yoxlanılacaq. Bu, bizə xeyli vaxt qazandıracaq. Sahəmiz 4000 kvadratmetrdir. Bundan əlavə, ərazidə 1000 kvadrat metrlik bir sahə də (bilet və baqaj əməliyyatlarının aparıldığı yer) yaradılıb. Cəmi 5 min kvadratmetr ərazidə bu xidməti təmin edəcəyik. Həm gələn, həm də gedən sərnişinləri yoxlamaq üçün hazırlıqlarımız tamamlanıb”.

Testin qiyməti 110 lirədir

Fatih Mere Səhiyyə Nazirliyinin qərarına əsasən, PCR testlərinin 110 lirə olacağını açıqlayıb.

Mere: “Biz buradan heç bir gəlir gözləmirik. Sərnişinlərin qısa zamanda testdən keçib, stressiz şəkildə uçuşa davam etmələrini təmin etmək üçün verdiyimiz bir xidmətdir. Burada ilk növbədə sərnişinlərdən əvvəl 520 işçimizi testdən keçirdik. Hamısının nəticəsi mənfi oldu. Bu testləri edərkən gördük ki, testin nəticələri 2 saat ərzində sistemə düşəcək və sərnişinlərə çatdırılacaq”.

havalimanina-koronavirus-test-merkezi/#.Xvyro8GVLIE.facebook" target="_blank" rel="noopener">Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

AZAL şefinin ölkədə və xaricdə daha 31 şirkəti üzə çıxdı - Siyahı

Qusarın Hil kəndindəki toy aşpazı dünyada necə məşhurlaşdı? - Video, Foto

AZAL-dakı korrupsiyanın inanılmaz miqyası... - Sensasion faktlar

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa ilə icra başçısı arasında qalmaqal

Nazir müavini: “Cərimələrin sərtləşdirilməsi ilə bağlı müzakirələr aparılır”

Dünən dənizdə boğulan hamilə qadını əri öldürüb

Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir

Dövlət şirkətləri niyə büdcəni “yeyir”? – Onlar buna öyrəşiblər

“Prezident Dövlət Neft Şirkətinin fəaliyyətindən narazılıq edirsə...” – Aynur Camalqızı

loading...

Ən çox oxunanalar