Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik işsizlərə nə verəcək?..

İşsizlik müavinətlərində artım olacaqmı və yeni qaydalarda işsizliyin təyin olunması daha ədalətli ola bilərmi?..

İqtisadçı: “Yeni dəyişiklikdən sonra fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilməsi təklif olunur. Ümid edək ki, bu yeni yeyinti mənbəyinə çevrilməsin”.

“Öz ərizəsi əsasında və ya işəgötürəndən qaynaqlanan digər səbəblərdən əmək müqaviləsinə xitam verilmiş şəxslər əvvəlki kimi işsizlikdən sığorta ödənişi ala bilməyəcək”.

Bu sözləri iqtisadçı ekspert Vüsalə Əhmədova “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliyi PİA.az-a şərh edərkən qeyd edib.

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilir. Dəyişiklikə əsasən, Fondun gəlir və xərcləri artırılır. Yəni fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilir. Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir.

Qeyd edək ki, qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bəs “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik işsizlərə nə verəcək? İşsizlik müavinətlərində artım olacaqmı və yeni qaydalarda işsizliyin təyin olunması daha ədalətli ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Qanunda iki cüzi dəyişiklikdən başqa nəzərə çarpacaq digər bir yenilik görmədim. İlk dəfə iş axtaranlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar və s. vətəndaşlar əvvəlki qaydada işsizlər kateqoriyasına daxil edilməyəcəyi kimi, işsizlikdən sığorta ödənişi də ala bilməyəcək”.

Şəxslərin işsizlikdən sığorta ödənişi ala bilmələri üçün Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata düşmələrinin mütləq olduğunu vurğulayan iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, iş tapacaqlarına ümidi olmayan insanların məşğulluq xidmətinə çox hallarda müraciət etməmələri də bir digər problemdir:

“1 yanvar 2018-ci ildən etibarən qüvvədə olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yalnız iki kateqoriya üzrə - dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqavilələrinə xitam verilmiş şəxslər işsizlikdən sığorta ödənişi ala bilir. Yeni qanun layihəsində, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqavilələrinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən az 3 il fasiləsiz iş stajı olmalıdır. Həmin şəxslərə cəmi 3 ay müddətində minimum əmək haqqı məbləğində sığorta ödənişi veriləcəyi deyilir. Məlumat üçün bildirim ki, 2019-cu ilin sentyabr ayının 1-dən ölkədə minimum əmək haqqı 250 manat müəyyən edilib. Öz ərizəsi əsasında və ya işəgötürəndən qaynaqlanan digər səbəblərdən əmək müqaviləsinə xitam verilmiş şəxslər əvvəlki kimi işsizlikdən sığorta ödənişi ala bilməyəcək.

Bundan əlavə, qüvvədə olan qanuna əsasən sığorta ödənişinin təyin olunması üçün şəxsin ən az 3 il sığorta stajına malik olması tələb olunur. Şəxsin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda sığorta ödənişi olaraq ona orta aylıq əmək haqqının 50%-i, 5 ildən 10 ilədək olduqda 55%-i, 10 ildən yuxarı olduqda isə 60%-i ödənilir.

Qeyd edim ki, bu il üzrə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 744,5 manat hesablanıb. Yeni qanun layihəsində, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılacağı bildirilir. Həmin şəxslərə minimum sığorta ödənişi məbləğində pul ödənilməsi nəzərdə tutulur. Minimum sığorta ödənişi isə minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur. Göründüyü kimi, bu kateqoriya üzrə şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək endirilsə də, digər tərəfdən sığorta ödənişlərinin məbləği azaldılır.

Vüsalə Əhmədova: “Təklif edilən iki münasib işdən imtina edənlər və minlərlə bu kimi şəxslər əvvəlki qaydada işsizlər kateqoriyasına daxil edilməyəcəyi kimi, işsizlikdən sığorta ödənişi də ala bilməyəcək”.

Qanunda iki cüzi dəyişiklikdən başqa nəzərə çarpacaq digər bir yenilik görmədim. İlk dəfə iş axtaranlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar, ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olanlar, hərbi xidmətdə olanlar, azadlıqdan məhrumetmə cəzası çəkənlər, iş tapacağına ümidi olmadığı üçün iş axtarmağı dayandıranlar, mövsümlük işlərdə işləyənlər, evdar qadınlar, təqaüdçülər, işləməyə hazır olan tələbələr və ya əlillər, günəmuzd işləyənlər, 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər və minlərlə bu kimi şəxslər əvvəlki qaydada işsizlər kateqoriyasına daxil edilməyəcəyi kimi, işsizlikdən sığorta ödənişi də ala bilməyəcək.

Məlumat üçün bildirim ki, qüvvədə olan qanuna müvafiq olaraq işsiz şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı 6 ay nəzərdə tutulur. Ümumilikdə bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz. İlk dəfə sığorta ödənişi təyin olunduğu
vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ var. Ancaq təkrar müraciət zamanı sığorta ödənişinin verilmə müddəti 3 aydır. O cümlədən, şəxslərin işsizlikdən sığorta ödənişi ala bilmələri üçün Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata düşmələri mütləqdir. İş tapacaqlarına ümidi olmayan insanların məşğulluq xidmətinə çox hallarda müraciət etməmələri də bir digər problemdir.

Nəzərinizə çatdırım ki, İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərclərinin hər biri 89,04 milyon manat məbləğində müəyyən edilmişdi. 2020-ci il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib. Yeni dəyişiklikdən sonra isə fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilməsi təklif olunur. Ümid edək ki, bu yeni yeyinti mənbəyinə çevrilməsin”.

Nərminə UMUDLU
pia.az


Etiket: İşsizlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar