Şənbə, 26 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İşsizlərin sığorta stajı müddəti 3 ildən 1 ilədək azaldılır

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.

Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda qüvvədə olan Qanuna əsasən işsizlikdən sığorta ödənişi işsiz kimi qeydiyyata alınmış, əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və azı 3 il sığorta stajına malik olan şəxslərə təyin edilir.

Yeni qanun layihəsində həmin şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılması təklif edilir.

Habelə, layihədə mühüm məqamlardan biri kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Həmin təklifə əsasən, bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əmək haqqı qədər və 3 ay müddətinə ödənilməsi nəzərdə tutulur.

Layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Yeni layihədə işsizlikdən sığorta ödənişinin də elektron təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və layihə komitədə səsə qoyularaq, parlamentin plenar iclasına tövsiyə edilib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı - Fotofakt

BDU-nun keçmiş “qara kassa”sı Məzahir Sultanov və bir gecəyə milyarder olan qudasının biznes şəbəkələri

Başçı müavini İlham Məmmədovun övladlarının avtomobil kolleksiyası üzə çıxdı: “Mercedes”, “Range Rover” - 300 - 800

“Sədərək Yusif”-in yolu dəmir barmaqlıqlardan keçə bilər: Üç maddə ilə cinayət işi açıldı

Sahil Babayev Siyavuş Novruzovun qardaşını vəzifəsindən azad etdi

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı - Video

Rusiyanı yox sayaraq Azərbaycanla birbaşa danışmaq istəyən Paşinyan indi hansı havanı çalır?

Bura 1-2 milyon xərcləmişəm nə puldur ki? - Dəbdəbəli sarayın sahibi

ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırdı

loading...

Ən çox oxunanalar