Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailli nazir: “Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə Azərbaycanın yanındayıq”

Ermənistan silahlı qüvvələrinin Bərdə, Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutması, mülki şəxsləri və azyaşlı uşaqları qətlə yetirməsi əsl müharibə cinayətidir”.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bunu Komitə sədri Fuad Muradov İsrailin Diaspor İşləri naziri Omer Yankeleviçlə keçirdiyi videogörüşdə deyib.

Görüşdə Bakıdakı yəhudi icması və İsraildəki Azərbaycan icmasının 100-dən çox üzvü iştirak edib.

Komitə sədri Prezident İlham Əliyevin “Biz dinlər, mədəniyyətlər, ölkələr arasında körpülərin qurulması istiqamətində fəaliyyətimizi davam etdiririk” fikrini xatırladıb və diqqətə çatdırıb ki, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşaması Azərbaycanın dövlət siyasətinin prioritetlərindəndir. 

Omer Yankeleviç Azərbaycan ərazisində müharibə getməsindən böyük təəssüf hissi ilə danışaraq qeyd edib ki, öz tariximizdən dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik, həmişə sizin yanınızdayıq və bu çətin vaxtda dualarımız sizinlədir. Bu Şabatda sizlərə sülh və əminamanlıq arzu edirəm.

O, eyni zamanda Azərbaycanda yəhudi icmasına olan qayğıdan, dini tolerantlıqdan böyük məmnunluq hissi keçirdiyini diqqətə çatdırıb, İsraildəki Azərbaycan icmasının fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Avropa Yəhudilərinin Bakı Dini icmasının baş ravvini Şneor Seqal çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycandakı yəhudi icması ilə sıx əməkdaşlıq etməsini xüsusi vurğulayıb, iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daimi olacağına inamını ifadə edib.  

Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski bildirib ki, hər iki ölkə mənim vətənimdir və burada bizim həyatımız çox gözəl keçir. Bu gün İsrailin, haqlı mübarizəsində, Azərbaycanın yanında olması və onu müdafiə etməsi çox vacibdir.

İsraildəki Azərbaycan Evinin rəhbəri Şirin Nexamiya Ermənistan ordusunun Azərbaycan ərazisində törətdiyi qanlı cinayətlər və terror aktlarından ciddi narahat olduqlarını və ölkəmizin haqlı mövqeyini İsrail cəmiyyətinə daim çatdırdıqlarını bildirib.

Qeyd olunub ki, Azərbaycanda sinaqoqların və yəhudi məktəblərinin fəaliyyətinə Azərbaycan dövlətinin diqqət və qayğısı bütün dünya üçün nümunəvi bir modeldir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar