Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin yeni “Dəmir Günbəz” raket sisteminin hədəfində hansı ölkə var? - Türkiyə, yoxsa İran?..

İsrailin öz ərazisini raket hücumlarından qorumaq üçün yaratdığı “Dəmir Günbəz” (Iron Dome) havadan sistemi bir müddətdir ki, öz effektivliyi ilə diqqət çəkir...

Serdar Turqut
“Habertürk” qəzeti, Türkiyə, 29 dekabr 2020-ci il

İsrailin istifadə etdiyi texnologiyaya bələd olan Amerika belə, “Dəmir Günbəz” havadan müdafiə sistemini İsrail ilə ortaq bir layihə kimi həyata keçirir.

Türkiyə bunu yaxşı izləməlidir

Bölgədə baş verən hadisələr də, xüsusilə Türkiyə ilə bağlıdır.

İsrailin Səudiyyə Ərəbistanı, Misir və Körfəz ölkələri ilə diplomatik yaxınlaşma prosesi Trampın prezidentliyi dövründə kürəkəni Cared Kaşner vasitəsilə həyata keçirdiyi layihəyə uyğun olaraq yenə də davam edir. Bu proses çərçivəsində Körfəz ölkələrinin İsraillə ortaq raket müdafiə sistemi qurmaq layihəsi də davam etməkdədir.

İsrailin raket müdafiə sistemi texnologiyasının Körfəz ölkələrinə satılması ilə bağlı müzakirələr aparılır. İsrail Amerikanın “Raytheon” şirkəti ilə öz müdafiə sistemini təkmilləşdirdiyinə görə bu sistemin Körfəz ölkələrinə satılması üçün ABŞ-ın da razılığına ehtiyacı var. Bu nəticə üçün uzun müddət çalışmış Tramp administrasiyasının icazə verməyə hazır olduğu bilinsə də, insan hüquqları və demokratiya məsələsində həssas olan Bayden administrasiyasının bu ölkələrə silah sisteminin satılması ilə bağlı münasibəti hələlik bəlli deyil.

“Raytheon” şirkəti ABŞ-ın “Dəmir Günbəz” havadan müdafiə sistemini İsrailin “Rafael Defense” şirkəti ilə birlikdə quracağını açıqlayıb. Qeyd edilir ki, İsrailin “Dəmir Günbəz” sistemində “Tamir” raketlərindən istifadə edildiyi halda, Amerika sistemində “Tamir” raketlərinə bənzəyən “Sky Hunter” raketlərindən istifadə edilməsi planlaşdırılır.

İsrail və Amerika Körfəz ölkələri üçün də bir “Dəmir Günbəz” raket müdafiə sistemi qurmaq istəyirlər.

Layihədə BƏƏ-nin yeri

Xüsusilə bu layihədə iştirak etmək istəyən Birləşmiş Ərəb Əmirliklərinə Tramp administrasiyası tərəfindən 19 silahlı pilotsuz uçuş aparatı (PUA) satılması bir prinsip kimi qəbul edilmişdi. Amerika, eyni zamanda, Türkiyənin çıxdaş edildiyi F-35-lərin də BƏƏ-yə satılması üçün addımlar atır. BƏƏ bu F-35ləri alsa, bölgədə İsraildən sonra bu təyyarələrə sahib olan ikinci ölkəyə çevriləcək.

Bu səbəbdən, Bayden administrasiyası insan hüquqları və demokratiya meyarlarını irəli sürərək bir maneə yaratmasa, BƏƏ İsrailin müdafiə sisteminə daxil ediləcək.

Ortaq düşmən hansı ölkədir?

Bütün tərəflərin İranı ortaq bir düşmən kimi gördüyünü nəzərə alsaq, İsrailin bəzi ərəb ölkələri ilə birgə ABŞ-ın dəstəyi fonunda ortaq bir raket müdafiə sistemi layihəsi qurması heç təəccüblü deyil.

Hazırda layihə ilə bağlı rəsmi əsas budur, lakin bu ölkələrin Türkiyə ilə də problemi olduğu üçün raket müdafiə sisteminin gələcəkdə Türkiyəyə qarşı aktivləşib aktivləşməyəcəyi hələ məlum deyil. Ancaq Türkiyə Rusiyadan S-400 raket sistemləri aldıqdan sonra bu ölkələrin İranla yanaşı, Türkiyəyə görə də narahat olmağa başlaması aydın görünür.

Suriyada nələr olacaq?

Bununla birlikdə, görünür, hazırda ortaq raket müdafiə sisteminin rəsmi ünvanı İrandır. Əgər belədirsə, İran faktoruna görə Suriyanın bölgədəki əhəmiyyəti daha da artır. Bu da Amerikanın Suriyanın şimal şərqində atacağı addımları daha da önəmli hala gətirir. Çünki ABŞ bu bölgədəki kürdlərlə bağlı problemi həll etmədikcə Suriyada daimi bir sülhün olması mümkün görünmür.

Buna görə də, Amerika Türkiyə, İraq-Kürd Regional Rəhbərliyi və suriyalı kürdlər arasında ilişib qalmış kimi görünən PKK ilə bağlı bəzi yeni addımlar atmalı olacaq. Bu səbəbdən, İraq-Kürd Regional Rəhbərliyinin ABŞ administrasiyasına “gəlin ABŞ əsgərlərini İraqSuriyanın kürd sərhədinə yerləşdirin” çağırışı böyük məna və əhəmiyyət kəsb edir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar